SON XƏBƏRLƏR

BMT-nin insan hüquqları üzrə ekspertləri: “İrandakı son etirazlarda tutulan minlərlə insan işgəncə altındadır”

2021.10.20, 07:36
BMT-nin insan hüquqları üzrə ekspertləri: “İrandakı son etirazlarda tutulan minlərlə insan işgəncə altındadır”

Gunaz.tv

GünazTV: BMT-nin insan hüquqları üzrə 16 eksperti dekabrın 20-də birgə bəyanat yayaraq, İrandakı son etirazlarda həbs edilənlərə zindanlarda ağır işgəncələr verilməsindən nigaran qaldıqlarını bildiriblər.

 

İran rejiminin etirazlarda tutulanlarla vəhşicəsinə rəftar etdiyini və onlara qarşı amansız repressiyalarını kəskin pisləyən bəyanatda deyilir ki, ötən ayın dinc etirazlarında tutulanlara ağır fiziki və psixi işgəncələr verilir: “Aldığımız məlumatlara görə, həbs edilənlərdən yalançı etiraflar almaq üçün onlara müxtəlif işgəncələr verilir, təzyiq göstərilir. Həmçinin tutularkən təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində bədən xəsarəti alan bəzi məhbuslara tibbi yardım göstərilmir, müalicə edilmir.

 

Əldə etdiyimiz məlumatlara əsasən, etirazlarda həbs edilənlər adi məhbuslarla birlikdə dar kameralarda saxlanılır, onların öz ailələri ilə əlaqə saxlamasına imkan verilmir. Bundan başqa, həbs edilənlərə ədalətli məhkəmə keçirilməsinin qarşısı alınır və onlara hakim sistemin düşməni kimi baxıldığından kobud rəftar edilir.

 

Biz, İran rejiminə və İranın Məhkəmə Sisteminə müraciət edərək, etirazlarda tutulanlarla  ədalətli davranılmasını və əgər hansısa bir cinayətdə günahlandırılırlarsa, beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, onlar üçün ədalətli məhkəmələrin keçirilməsini tələb edirik.

 

Qeyd edək ki, bəyanatı imzalayanlardan biri BMT-nin İranda indsan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmandır.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-dən çox insan qətlə yetirilib, 37 00 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar