SON XƏBƏRLƏR

Bolqarıstanda Türk dilinin qadağası ilə bağlı referendum keçiriləcək

2021.10.20, 07:36
Bolqarıstanda Türk dilinin qadağası ilə bağlı referendum keçiriləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "lent.az"-a istinadən yaydığı məlumata görə, Bolqarıstan Dövlət Televiziyasında hər gün 10 dəqiqə türk dilində xəbər proqramının yayımlanmasının qadağan edilməsi yönündə kampaniya aparan ATAKA Partiyasının lideri Volen Siderov baş nazir Boyko Borisovdan dəstək alıb. Lent.az-ın Türkiyənin “‘Vatan” qəzetinə istinadən verdiyi məlumatda bildirilir ki, bu baş nazir Boyko Borisovun ATAKA Partiyasının sədri Volen Siderovla görüşdən sonra keçirdiyi mətbuat konfransında verdiyi açıqlama zamanı məlum olub. Baş nazirin sədri olduğu GERB Partiyası ATAKA Partiyasının türk dilində xəbər proqramının dövlət televiziyasında yayımının dayandırılmasını nəzərdə tutan referendumun keçirilməsi barədə təklifini parlamentdə dəstəkləyəcək. Boyko Borisov deyib ki, referendum nəticəsində xalqın dövlət televiziyasında türk dilində xəbərə qulaq asıb-asmaq istəməyəcəyi məlum olacaq. Onun sözlərinə görə, hər kəs peyk antenaları vasitəsiylə də istədiyi dildə istədiyi telekanalı izləyə bilər. Baş nazir iddia edib ki, dövlət televiziyasında yalnız türk dilində xəbər proqramının yayımlanması ölkədəki digər etnik azlıqlara qarşı haqsızlıqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar