SON XƏBƏRLƏR

Bolton İngiltərə tərəfindən İran gəmisinin saxlanılmasını alqışlayıb

2021.10.20, 07:36
Bolton İngiltərə tərəfindən İran gəmisinin saxlanılmasını alqışlayıb

Gunaz.tv

GünAz TV: Amerika prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Suriyaya neft aparan İran tankerinin Britaniya tərəfindən saxlanmasını alqışlayıb.

 

O, bu barədə öz şəxsi “Twitter” səhifəsində yazı yayınlayıb. Bolton əlavə edib ki, Amerika və müttəfiqləri İran və Suriya rejimlərinin bu cür qeyri-qanuni ticarətdən mənfəət əldə etməsinə icazə verməyəcək.

 

Qeyd etmək lazımdır ki, ötən gün İrandan hərəkətə çıxan və Suriyaya neft aparan tanker Cəbəli-Tariq boğazında saxlanıb. Buna səbəb kimi gəminin Avropa İttifaqının 2011-ci ilin mayında Suriya rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozması göstərilir.

 

Öz növbəsində İran buna etiraz olaraq İngiltərənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb və rəsmi Tehranın notasını ona təqdim edib.

 

Xatırladaq ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra İran Bəşər Əsəd rejiminə dəstək göstərən əsas ölkə hesab edilir. Müxtəlif statistikalara əsasən, rəsmi Tehran Əsəd rejiminin qorunub saxlanması üçün hər il azı 15-20 milyard dollar pul xərcləyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar