SON XƏBƏRLƏR

Boris Conson Suriyadakı əməliyyatlarla bağlı Ərdoğana dəstəyini bildirib

2021.10.20, 07:36
Boris Conson Suriyadakı əməliyyatlarla bağlı Ərdoğana dəstəyini bildirib

Gunaz.tv

GünAz TV: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Boris Conson Türkiyə ordusunun verdiyi şəhidlərlə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və İdlib mövzusunda Londonun Ankaranın yanında oluğunu bildirib.

 

İki lider Suriya ilə bağlı müzakirələr apararkən Boris Conson Suriya qaçqınlarının əsas yükünün Türkiyənin üzərinə düşdüyünü qəbul etdiyini deyib.

 

Türkiyə Prezidenti Britaniyanın NATO və BMT-nin Təhlükəsizlik Şurasında Türkiyəyə dəstək verməsilə əlaqədar təşəkkür edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar