SON XƏBƏRLƏR

Böyük Britaniya Avropa Birliyi tərkibində son gününü keçirib

2021.10.20, 07:36
Böyük Britaniya Avropa Birliyi tərkibində son gününü keçirib

Gunaz.tv

GünAz TV: Böyük Britaniya Avropa Birliyində son gününü keçirib.


"Report" TASS-a istinadən xəbər verir ki, London vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə saat 03:00) Birləşmiş Krallıq rəsmən üzvlüyünü başa vuraraq birliyin tərkibindən çıxıb. Onun Avropa Birliyinə üzvlüyü düz 47 il 31 gün davam edib.


Bundan sonra Avropa Birliyi 27 dövlətdən ibarət olacaq.


Böyük Britaniya 50-ci illərin sonu – 60-cı illərdə Avropa Birliyinə üzvlük üçün bir neçə dəfə müraciət edib. Lakin Fransa, o cümlədən həmin vaxt bu ölkəyə rəhbərlik etmiş Şarl de Qoll (İkinci Dünya Müharibəsində Amerika Şarl de Qolla deyil, onun rəqibi olan digər generala dəstək verirdi - red) Britaniyanın amerikapərəst siyasət yürütdüyünü əsas gətirərək Londonun müraciətinə iki dəfə “veto” qoyub. Buna görə də Britaniya yalnız 1973-cü ildə birliyə daxil olub.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar