SON XƏBƏRLƏR

Böyük Britaniya körfəzdə təhlükəsizliyi təmin etmək üçün Amerikanın hərbi koalisiyasına qoşulacağını rəsmən elan edib

2021.10.20, 07:36
Böyük Britaniya körfəzdə təhlükəsizliyi təmin etmək üçün Amerikanın hərbi koalisiyasına qoşulacağını rəsmən elan edib

Gunaz.tv

GünazTV: Böyük Britaniya hökuməti körfəzdə naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün Amerikanın başçılıq etdiyi hərbi koalisiyaya qoşulacağını rəsmən elan edib.

 

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Dominik Rab avqustun 5-də bəyanat yayıb.

 

O bildirib ki, rəsmi London körfəzdə gəmilərin sərbəst hərəkətini və onların təhlükəsizliyini təmin etmək məqsədilə Amerika ilə əməkdaşlıq edəcək: “Məqsədimiz beynəlxalq naviqasiyanı qorumaq üçün ən geniş beynəlxalq dəstəyə nail olmaqdır. Hesab edirik ki, Britaniya hərbi gəmilərinin regiona göndərilməsi körfəzdə təhlükəsizliyin gücləndirilməsinə səbəb olacaq. Bu, həm də körfəzdə gəmilərin sərbəst hərəkəti üçün ikiqat zəmanətdir. Biz həmçinin öz müttəfiqlərimizi də bu koalisiyaya qoşulmağa təşviq edəcəyik” –deyə Böyük Britaniyanın xarici işlər naziri Dominik Rab əlavə edib.

 

Böyük Britaniyanın xarici işlər naziri Dominik Rab

 

Qeyd edək ki, hazırda Böyük Britaniya özünün “Monrose” və “Duncan” adlı iki hərbi gəmisini bölgəyə (körfəzə) göndərib.

 

Xatırladaq ki, iyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar