SON XƏBƏRLƏR

“Böyük Səkkizlik”dən “ərəb baharı”na güclü dəstək

2021.10.20, 07:36
“Böyük Səkkizlik”dən “ərəb baharı”na güclü dəstək

Gunaz.tv

GünAz TV: «Böyük Səkkizlik» ölkələri Bəşər Əsədi BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) Təhlükəsizlik Şurası ilə hədələyiblər.

Fransanın ev sahibliyi etdiyi «G-8» («Böyük Səkkizlik») ölkələri liderlərinin sammitində qəbul edilmiş yekun bəyanatda «Qəddafinin getməsi zəruriliyi» təkrarlanıb, Yaxın Şərq və Şimali Afrikada davam edən dəyişikliklər prosesinin dəstəklənməsinin vacibliyi vurğulanıb.

 

Bəyanatda Suriya rejiminin nümayişçilərə qarşı zorakılıq tətbiq etməyə davam edəcəyi halda BMT Təhlükəsizlik Şurasının məsələyə müdaxilə etməsi zərurətinin ortaya çıxacağı barədə xəbərdarlıq da yer alıb.

 

Yəməndə keçirilən dinc etirazlara qarşı zorakılıq aktlarının qınandığı bəyanatda prezident Əli Abdullah Saleh 33 il davam edən iqtidarına son vermək üçün verdiyi vədə əməl etməyə çağırılıb: «Prezident Salehi dərhal öhdəliklərinə əməl etməyə və Yəmən xalqının qanuni tələblərini yerinə yetirməyə dəvət edirik».

 

GünAz TV mətbuat mərkəzinin “Bizim yol”-a istinadən yaydığı məlumata görə, Liviya (Libi) diktatoru Muammar Qəddafinin hakimiyyətdən getməsinin vacib olduğu ifadə edilən bəyanatda bildirilir ki, «Qəddafi və rejiminin Liviya xalqına qarşı ağır cinayətlər törətməyə davam etdiyi göz qabağındadır. Qəddafi bütün hakimiyyətini itirib və getməlidir».

 

Suriyada yaşanan hadisələr və rejimlə bağlı qiymətləndirmənin də yer aldığı bəyanatda müxalifətin nümayişlərinin zorakı üsullarla boğulması hallarına son verilməyəcəyi halda BMT Təhlükəsizlik Şurasının Suriyaya qarşı qərar verə biləcəyi vurğulanıb. Bəyanatda Suriya məmurlarının çoxlu sayda nümayişçiyə qarşı intensiv (şiddətli)  zorakılıqdan istifadə etməsindən və davamlı olaraq insan haqlarının pozulmasından ciddi narahatlıq ifadə edilib: «Yalnız əsaslı islahatlar və dialoq yolu ilə demokratiyaya nail olmaq mümkündür. Bu yolla da Suriyada davamlı rifah və təhlükəsizlik mühiti təmin edilə bilər. Suriya məmurları bu çağırışı anlamasalar, məsələyə BMT-nin Təhlükəsizlik Şurasında baxacağıq».

Yeni ərəb demokratiyalarını dəstəkləməklə bağlı vədlərin yer aldığı sənəddə bildirilir: «Yaxın Şərqdə və Şimali Afrikada davam edən dəyişikliklər tarixi xarakter daşıyır və Berlin divarının yıxılmasından sonra Mərkəzi və Şərqi Avropada ortaya çıxan dəyişikliklər növünə yol açan bir potensiala malikdir. Biz «G-8» üzvləri olaraq «Ərəb Baharı»nın tələblərini güclü şəkildə dəstəkləyirik».

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar