SON XƏBƏRLƏR

İbrahim Rəisi kütləvi edamlardakı roluna görə məhkəməyə verilib

2022.08.27, 09:05
İbrahim Rəisi kütləvi edamlardakı roluna görə məhkəməyə verilib

Gunaz.tv

Bu Rəisinin gələn ay BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri ərəfəsində baş verib.

İran Milli Müqavimət Şurasının verdiyi məluma görə, şikayət məktubunda İbrahim Rəisinin 1988-ci ildə siyasi məhbuslara qarşı işgəncə və kütləvi edamlarda iştirakı izah edilib. 

"Şübhəsiz İbrahim Rəisi Tehran əyalətində ölkənin baş prokurorunun müavini kimi bu komissiyanın üzvü olub. Rəisi özü 1988-ci il edamlarında iştirakını inkar etməyib.

O, bu edamlarda iştirakının insan haqlarının müdafiəsinə nümunə olduğunu bildirib"-deyə, iddiaçıların vəkili Stiven Şnibaum açıqlamasında bildirib.

Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin və Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki zindanlarda Ruhullah Xomeyninin birbaşa göstərişi ilə və “ölüm heyəti” kimi tanınan dörd nəfərdən ibarət qrup tərəfindən minlərlə siyasi məhbus edam edilib. 

İranın hazırkı prezidenti İbrahim Rəisi “ölüm heyəti”nin üzvü kimi bu edamlarda xüsusi rol oynayıb.

Avqustun 16-da insan haqları təşkilatları, respublikaçılar, yəhudi fəallar və iranlı-amerikalı qrupların koalisiyası Ağ Evə məktub göndəriblər.

Məktubda İranın Amerikaya qarşı təhdidlərini və İbrahim Rəisinin 1988-ci ildə kütləvi edamlardakı rolunu əsas gətirərək Baydendən ona Amerika vizası verməkdən imtina etməsini istəyiblər.

Bundan öncə avqustun 2-də Amerika prezidenti Co Baydenə göndərdikləri məktubda yeddi respublikaçı senator ondan İbrahim Rəisinin Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün viza tələbinə qarşı çıxmasını istəyiblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar