İbrahim Rəisi kütləvi etirazlarla bağlı ilk dəfə açıqlama verib

24.09.2022, 08:20

Sentyabrın 23-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci iclasından qayıdan İbrahim Rəisi Mehrabad hava limanında jurnalistlərə açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

O, bir həftədir davam edən etiraz aksiyaları barədə ilk dəfə danışıb və xalqın İran rəhbərinin arxasında olduğunu iddia edib.

Rəisi başqa Tehran rəsmiləri kimi etirazçıları iğtişaşçı adlandırıb və onların başqa qüvvələr tərəfindən yönləndirildiyi barədə iddiaları təkrar edib.

"Xaos yaratmaq istəyirlər. Bu cür hərəkətlərlə milləti dayandıra biləcəklərini düşünürlər.

Mən də bu insanların xidmətçisiyəm, ona görə də heç bir sahədə və heç bir şəraitdə xalqın əmin-amanlığının təhlükə altında olmasına imkan verməyəcəyik"-deyə, "Ayətullah Edam" ləqəbi ilə tanınan İbrahim Rəisi bildirib.

Qeyd edək ki, bir həftədir davam edən etiraz aksiyaları ilə bağlı Əli Xameneyinin özünün münasibət bildirməməsi müxtəlif ehtimalların irəli sürülməsinə yol açıb.

Onun səhhətinin ağır olduğuna görə, baş verənlər barədə məlumatlandırılmaması ehtimalı ilə yanaşı, Xameneyinin aksiyaların nə ilə nəticələnə biləcəyini proqnozlaşdıra bilmədiyinə görə də hələlik susduğu deyilir.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Savə şəhərində azərbaycanlı ələvi həbs edilib

2022-12-02

gun az article

Güney Azərbaycanın tanınmış şairi Məftun Əmini dünyasını dəyişib

2022-12-02

gun az article

Zənganlı milli fəal Fərşid Mühaciriyə həbs cəzası verildi

2022-12-02

gun az article

Urmulu milli fəal Meysəm Şirini müvəqqəti azadlığa buraxılıb

2022-12-02

gun az article

“Sözümüz”: “Kürd basqısına məruz qalan Kərkük” - VİDEO

2022-12-02

gun az article

Güney azərbaycanlılar Vaşinqtonda aksiya keçirəcək

2022-12-02

gun az article

“Görüş”də müzakirə: “Milli dövlətçilik zərurəti” və “Etirazlar və rejimin qorxuya düşməsi” -VİDEO

2022-12-01

gun az article

“Özümüz”: “Güney Azərbaycan ücün nə iş görməliyik?” - VİDEO

2022-12-01

gun az article

Azərbaycanlı hüquq müdafiəçisi Ruqəyyə Bəydilli müvəqqəti azadlığa buraxılıb

2022-12-01

gun az article

Ərdəbilli milli fəalın məhkəməsi olub

2022-12-01

gun az article

Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

2022-11-30

gun az article

Güneyli xanım fəala həbs cəzası verilib

2022-11-30

gun az article

Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadə edama məhkum edilib

2022-11-30

gun az article

Məlikanda bir neçə milli fəal müvəqqəti azadlığa buraxılıb

2022-11-30

gun az article

Təbrizin millət vəkili: "Danışmaq istəyəni rəhbərə qarşı olmaqda ittiham edirlər"

2022-11-30

gun az article

Cavid Rəhmanın İranda etirazçıların edam edilməsindən narahatlığını bildirib

2022-11-30

gun az article

İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

2022-11-30

gun az article

Ana dili fəalı Əlirza Fərşi aclıq aksiyası keçirəcək

2022-11-30

gun az article

Urmu zindanında milli fəal Davud Kabalı aclıq aksiyası keçirir

2022-11-30

gun az article

Qoşaçay həbsxanasında fəallara işgəncə verilib

2022-11-30