İbrahim Rəisi Zəngana səfər edib

18.11.2021, 12:28

İran prezidenti İbrahim Rəisi əyalətlərə səfərləri çərçivəsində bu gün Zəngana səfər edib. Bu, onun prezident seçildikdən sonra əyalətlərə etdiyi onuncu səfəridir.

Gunaz.tv Quote | Gunaz article

Onu Zəngan hava limanında İranın ali rəhbəri Əli Xamneyinin əyalətdəki nümayəndəsi və Zənganın cümə imamı Əli Hatəmi, əyalət valisi Möhsün Əfşarçı və digər yerli məsullar qarşılayıblar.

Səfər proqramı çərçivəsində əyalətdə səhiyyənin problemləri, universitetlərin maddi-texniki təchizatı, öyrənci yataqxanalarının inşası, sənaye şəhərciklərinin yaradılması su və kanalizasiya layihələrinin təkmilləşdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, bundan öncə noyabrın 12-də mətbuata müsahibə verən Zəngan və Tarım şəhərlərinin İran parlamentindəki nümayəndəsi Mustafa Tahiri Zəngan əyalətlərində problemlərin çoxluğundan danışıb.

“Zəngan əyalətinin problemləri saymaqla bitməz və bu çatışmazlıqlar barədə qalın kitab yazmaq olar. Ancaq hal-hazırda əsas istəyimiz əhalinin su probleminin həll olunmasıdır"-deyə, millət vəkili bildirib.

İran prezidenti İbrahim Rəisinin əyalətə səfəri ərəfəsində media nümayəndələri ilə görüşən Mustafa Tahiri Zənganda su çatışmazlığının aradan qaldırılması ilə bağlı layihələrin, o cümlədən Maraş və Bulvin su bəndlərinin tamamlanması üçün vəsait ayrılmasının vacibliyini qeyd edib.

O, həmçinin bildirib ki, bərbad durumda olan əyalət yollarının yenilənməsi və təmiri bölgə əhalisi üçün əhəmiyyət daşıyır.
Onun sözlərinə görə,  Zəngan-Qəzvin dəmir yolunun iki zolaqlı edilməsi də olduqca vacibdir.  

Mustafa Tahiri Zəngan əyalətinin banklardan əldə edə bildiyi kreditin ölkədə əyalətlər üzrə ortalamadan daha aşağı olduğunu və bunun istehsal, məşğulluq sahələri və sərmayə dövriyyəsinə mənfi təsir etdiyini bildirib.

Noyabrın 18-də mətbuata açıqlama verən Zəngan əyalətinin Su və Kanalizasiya İdarəsinin başçısı Əlirza Cüz Qasimi əyalətdə su və kanalizasiya sistemi layihələrinin tamamlanması üçün vəsait ayrılmadığını deyib.

O, bir sıra layihələrin 29 il bundan öncə başlamasına baxmayaraq, büdcə ayrılmadığı üçün yarımçıq qaldıqlarını qeyd edib.

Qeyd edək ki, Rəisinin əyalətlərə səfərləri zamanı əsasən yarımçıq qalan layihələr müzakirə olunur və yeni layihələrin başlanması nəzərdə tutulmur.

Bundan öncə oktyabrın 22-də başqa Azərbaycan şəhəri Ərdəbilə səfər edən İbrahim Rəisinin problemlərin həlli ilə bağlı verdiyi sözlərin heç birinin həlli istiqamətində addım atılmadığı müşahidə olunur.

Prezidentin 1500 işçisi olan və Orta Doğunun ən böyük parça istehsalçılarından biri sayılan “Səbəlan parça”nın durumunun yaxşılaşdırılması, işçilərin əmək haqlarının ödənilməsi üçün tədbirlər görülməsi barədə dediklərinə baxmayaraq, heç bir addım atılmadığı üçün fabrik işçiləri neçə gündür tətil aksiyası keçirir.  

Rəisinin bölgəyə səfəri formal xarakter daşıyır. Onun səfərləri zamanı yeni layihələrin təməlatması olmur.

Bu səfərlərin uzun illərdir yığılıb qalan problemlərin həllində hansısa möcüzə yaradacağı gözlənilmir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29