SON XƏBƏRLƏR

İbrahim Rəisi Urmu gölü ilə bağlı keçmiş prezidentin vədlərini təkrar edib

2021.10.22, 12:15
İbrahim Rəisi Urmu gölü ilə bağlı keçmiş prezidentin vədlərini təkrar edib

Gunaz.tv

İbrahim Rəisi keçmiş prezident Həsən Ruhaninin verdiyi vədləri təkrar edərək Urmu Gölünün Bərpa Mərkəzinin yeni formada fəaliyyətə başlayacağını deyib.

Oktyabrın 21-də Şərqi və Qərbi Azərbaycan əyalətlərinin İran parlamentindəki nümayəndələri və hər iki əyalətin valilərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən Rəisi seçkiqabağı təşviqat kampaniyasında verdiyi vədlərin bir neçəsini yenidən dilə gətirib.

O, Azərbaycan əyalətlərinin nümayəndələrinin Urmu gölünün durumu və bundan irəli gələn ekoloji fəlakətlərə cavab olaraq bildirib ki, bgölün bərpa prosesində yerli mütəxəssislər, məsulların yardımlarından istifadə olunacaq.

Azərbaycanlı nümayəndələrin qonşu ölkələrlə iqtisadi əlaqələrin və azad iqtisadi məntəqələrin qurulması ilə bağlı təkliflərindən sonra İran prezidenti yenidən bölgədə baş verən gərginliklərin xarici ölkələrin təxribatçı fəaliyyətinin nəticəsi olduğunu iddia edib.

“Hazırkı dövlətin 15 qonşu ölkə ilə münasibətlərin yaxşılaşdırılmasında heç bir problem yoxdur və qonşularla əlaqələrin yaxşılaşdırılması prioritetimizdir. Bəzi ölkələr bölgə dövlətlərinin xeyrini düşünmür, münasibətləri gərginləşdirməyə çalışırlar.

Biz sionistlərin qonşu ölkələrlə əlaqələrimizi pozmasına icazə verməyəcəyik”-deyə, İbrahim Rəisi bildirib.       

Qeyd edək ki, bundan öncə Həsən Ruhani seçkiqabağı təbliğat və təşviqat kampaniyası zamanı Urmu gölünün bərpa olunacağını bildirmiş, türk dili akademiyasının yaradılaması və başqa bu kimi məsələlər barədə azərbaycanlılara vədlər vermişdi.

Onun 8 illik prezidentlik dövrünün bitməsinə baxmayaraq verdiyi vədlərin heç biri yerinə yetirilməyib.

Urmu gölünün bərpası layihələri səmərəsiz olub və bu sahəyə ayrılan vəsaitlərin haraya xərcləndiyi barədə hesabat verilməyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar