SON XƏBƏRLƏR

İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

2021.12.08, 13:35
İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

Gunaz.tv

Rəisi deyib ki, aidiyyəti qurumlar valyuta bazarına nəzarəti gücləndirməli, öz vəzifələrini ciddi şəkildə yerinə yetirərək, öz şəxsi qazancları üçün valyuta bazarındakı sabitliyi pozanlara qarşı tədbir görməlidir.

“Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməli, bazara hakim əvvəlki sabitliyi qaytarmaq üçün bir sıra addımlar atmalıdır”, -deyə İran prezidenti İbrahim Rəisi bildirib.

Xatırladaq ki, dünən həmin iclasdakı çıxışından bir neçə saat əvvəl “16 Azər- Tələbə Günü” münasibəti ilə Tehranın Şərif Sənaye Universitetində keçirilən toplantıda çıxış edərək ölkədə yaşanan iqtisadi böhrandan və hakimiyyərdaxili bəzi şəxslər və ya cərəyanların dolların məzənnəsinə müdaxiləsindən danışmışdı.

O demişdi ki, bəziləri Tehranla Qərb arasında aparılan nüvə danışıqlarını ölkə iqtisadiyyatının taleyi və xarici valyutanın məzənnəsi ilə əlaqələndirməyə çalışırlar.

“Bəzi şəxslər və ya cərəyanlar öz istəklərini zorla millətə qəbul etdirmək üçün nüvə müzakirələrini iqtisadiyyata bağlamağa, istər ölkə daxilində, istərsə də ölkədən kənar yerlərdə və virual aləmdə apardıqları fəaliyyətləri ilə gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar.

Təhlükəsizlik qurumlar isə hazırda həmin şəxslərin kimliyini müəyyənləşdirməyə çalışırlar. Lakin biz ölkə əhalisinin iqtisadi baxımdan güzəranını Vyanada aparılan danışıqların nəticəsi ilə əlaqələndirməyəcəyik”, -deyə Rəisi bildirmişdi.

Qeyd edək ki, dekabrın 6-da İranda ABŞ dollarının məzənnəsi yenidən qalxaraq 31 min 40 tüməni çatıb.

Dolların qiymətinin artmasına, Qərblə Tehran arasında Vyanada aparılan nüvə danışıqlarının 7-ci mərhələsinin məğlubiyyətə uğraması səbəb olub.

نرخ یورو و پوند استرلینگ نیز در روز دوشنبه به ترتیب به ۳۵ هزار و ۴۵ تومان و ۴۱ هزار و ۱۴۵ تومان رسید.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar