SON XƏBƏRLƏR

İbrahim Rəisi Qərbi Azərbaycana səfər edib

2023.02.24, 12:48
İbrahim Rəisi Qərbi Azərbaycana səfər edib

Gunaz.tv

Onu bu səfərdə prezident aparatının rəhbəri və energetika naziri müşayiət edir.

Rəisi hava limanında Əli Xameneyinin əyalətdəki nümayəndəsi və əyalət valisi tərəfindən qarşılanıb.

Qərbi Azərbaycan əyaləıtinin valisi Məhəmməd Sadiq Mötəmediyan prezidentin səfərinin Urmu gölünün bərpası ilə bağlı layihələrdən birinin açılışı ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, Urmu gölünün bərpası işləri illərdir gecikdirildiyi üçün gölün 94 faizi quruyub.

Bundan öncə prezident seçkilərində İbrahim Rəisi 3 ay ərzində bərpa işlərinin başa çatacağı barədə vədlər vermişdi.

Onun vədlərinin heç biri yerinə yetirilməyib və əksinə onun prezident olmasına qədərki dövrdə aparılan cüzi bərpa işləri də gecikdirilib.

İranın ekologiya nazirinin keçmiş müavini və Urmu Gölünün Bərpa Qərargahının planlaşdırma bölməsinin keçmiş başçısı Məsud Təcrişi İbrahim Rəisi hökuməti dövründə Urmu gölünün bərpası layihələrinin bir faizinin belə icra edilmədiyini deyib.

İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının üzvü, Soyuqbulaq şəhərinin İran parlamentindəki nümayəndəsi Calal Mahmudzadə isə Urmu gölünə ayrılan büdcənin İbrahim Rəisinin seçki kampaniyasına xərcləndiyini bildirir.

Ekspertlərin dediyi kimi, Urmu gölü də İranın başqa ekoloji fəlakət zonaları kimi yanlış idarəçiliyin qurbanıdır.

Qeyd edək ki, rəsmi statistikaya görə, Urmu gölünün 94 faizdən çoxu quruyub və bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar