SON XƏBƏRLƏR

Brayan Huk: “Amerika İranla nüvə razılaşmasının əvəzinə yeni razılıq əldə etmək üçün müzakirələr aparmağa hazırdır”

2021.10.20, 07:36
Brayan Huk: “Amerika İranla nüvə razılaşmasının əvəzinə yeni razılıq əldə etmək üçün müzakirələr aparmağa hazırdır”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk bildirib ki, rəsmi Tehran müzakirə etmək istəsə, Vaşinqton bunu yeni müqavilə formatında Konqresdə qəbul etdirməyə hazırdır.

 

Amerikalı diplomat ölkəsinin İranın neft sanksiyalarında istisna ölkələrə verilmiş möhlətin uzadılmaması ilə bağlı qərarına da münasibət bildirib. Onun sözlərinə görə, bu sanksiyaların hədəfi İranın neft gəlirlərini xarici ölkələrdə gedən təmsilçi müharibələr, terrorizm və təcavüzkar siyasətləri istiqamətində xərcləməsinin qarşısını almaqdır.

 

Huk 1 il ərzində sanksiyaların effektiv olduğunu deyib. O, buna misal olaraq Livan Hizbullahını göstərib. Çünki İran iqtisadiyyatının sanksiyalar səbəbindən ağır vəziyyətə düşməsi Hizbullahın maliyyə ehtiyatlarına mənfi təsir göstərib. Hətta ötən ay təşkilatın baş katibi Həsən Nəsrullah öz tərəfdarlarına müraciət edərək, onlardan Hizbullaha maliyyə yardımı etmələrini istəmişdi.

 

Brayan Huk rəsmi Tehranla yenidən razılaşma əldə edilməsi üçün Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun irəli sürdüyü 12 şərti bir daha xatırladıb. Onun sözlərinə görə, İran inqilabi ölkədən adi ölkəyə çevrilsə, tərəflər arasında yeni razılaşma əldə edilməsi üçün müzakirələrin baş tutması mümkündür. Amerika tərəfi isə bu razılaşmanı Senatda yeni müqavilə kimi qəbul edə bilər.

 

Diplomat iranlı rəsmilərin Hözmüz boğazını bağlamaqla bağlı təhdidlərinə də cavab verib: “İranlılara bir müddət əvvəl bizim tərəfimizdən bununla bağlı xəbərdarlıqlar edilib. Lakin Hözmüzü bağlamaq, eləcə də amerikalı hərbçilərə hücum etmək istəsələr, onda bunun ağır nəticələrinə qatlaşmalı olacaqlar”- deyə Huk əlavə edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar