SON XƏBƏRLƏR

Brayan Huk: “Avropa şirkətləri ticarət əlaqələri üçün iki ölkədən birini seçməlidir. Ya Amerika, ya da İran”

2021.10.20, 07:36
Brayan Huk: “Avropa şirkətləri ticarət əlaqələri üçün iki ölkədən birini seçməlidir. Ya Amerika, ya da İran”

Gunaz.tv

GünazTV: Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk iyunun 28-də jurnalistlərə açıqlamasında Tramp hökumətinin sanksiyalarını pozaraq İranla gizli ticari əlaqələrə girən digər ölkələrə, xüsusən də Avropa şirkətlərinə xəbərdarlıq edib.

 

O bildirib ki, Amerika Birləşmiş Ştatları gizli şəkildə İrandan neft alan hər bir ölkəyə qarşı sanksiya tətbiq edəcək: “Amerika hazırda İranı 50 milyard dollarlıq neft gəlirindən məhrum etmək istiqamətində hərəkət edir, çalışır. Hesab edirik ki, Avropa şirkətləri ticarət əlaqələri qurmaq və ya iqtisadi əməkdaşlıq üçün iki ölkədən birini seçməlidir. Onlar ya Amerikanın yanında olmalı, ya da İranın. Biz, İrandan hər hansı bir neft idxalına sanksiya qoyacaq, heç bir ölkəni bundan istisna etməyəcəyik. Artıq istisna halları mövcud deyil.

 

Rəsmi Tehranla müzakirələr məsələsinə gəlincə, Vaşinqton dəfələrlə buna hazır olduğunu bildirsə də, İran həmin təklifləri rədd edib. Düşünürəm ki, İran öz rəftarını dəyişməyincə, Amerikanın bu ölkəyə qarşı sanksiyaları davam edəcək” –deyə Brayan Huk əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar