SON XƏBƏRLƏR

Brayan Huk: “Hazırda İran İslam Respublikası rəsmilərinin övladlarını Amerikadan qovmaq mövzusu üzərində işləyirik”

2021.10.20, 07:36
Brayan Huk: “Hazırda İran İslam Respublikası rəsmilərinin övladlarını Amerikadan qovmaq mövzusu üzərində işləyirik”

Gunaz.tv

GünAzTV: ABŞ Dövlət Departamentində  yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, dekabrın 11-də nazirliyin “Twitter” səhifəsində yaydığı bir video-çarxda İran rəhbərlərinin riyakarlığından və onların Amerikada yaşayan və ya təhsil alan övladlarından danışıb.

 

Huk bildirib ki, İran İslam Respublikası rəsmilərinin övladlarının Amerikada yaşaması və ya təhsil alması, İran rejiminin və onun rəhbərlərinin riyakarlığının aydın bir nümunəsidir: “İran rejiminin rəsmiləri “Amerikaya ölüm” şüarı səsləndirdikləri bir halda, öz ailə üzvlərini və övladlarını “üzdəniraq böyük Şeytan” adlandırdıqları ölkəyə (ABŞ-a) göndərirlər ki, onlar İran millətinin pulu ilə burada yaşayıb təhsil alsınlar. Bu isə İran rəhbərlərinin riyakarlığından bir nümunədir.

 

Bildirirəm ki, biz hazırda İran İslam Respublikası rəsmilərinin övladlarını Amerikadan qovmaq mövzusu üzərində işləyirik. Lakin mən bu şəxslərin işi ilə bağlı detalları açıqlaya bilmərəm. Mən üzümü İran millətinə tutub bildirirəm ki, bizim sizin hakimiyyətinizdəki fasid, korrupsioner və riyakar şəxslərə qarşı təzyiq göstərmək üçün bütün seçimlərdən istifadə edəcəyimizə əmin ola bilərsiniz. Bu təzyiqi isə onlar öz rəftarlarını dəyişənə qədər davam etdirəcəyik”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl NBC şəbəkəsinin yaydığı xəbərə əsasən, İranda həbsdə saxlanılan amerikalıların ailə üzvləri birgə məktubla Tramp hökumətinə müraciət edərək, İranın yüksək rütbəli rəsmilərinin Amerikada yaşayan övladlarının vizasının ləğv edilməsini tələb etmişdilər.

 

Qeyd edək ki, İran İslam Respublikası rəhbərlərinin Qərb ölkələrinə, xüsusən də Amerikaya qarşı gündəlik “ölüm” şüarı səsləndirməsinə baxmayaraq, onların əksəriyyətinin övladları Amerikada, Kanadada və Avropa ölkələrində yaşamağa və təhsil almağa üstünlük verirlər. Nümunəsi isə, hazırda Amerikanın Ohayo ştatında yaşayıb təhsil alan İran parlamentinin sədri Əli Laricaninin qızı Fatimə Laricani, Nyu-Yorkda tələbə olan İran prezidentinin qardaşı oğlu Əli Firudin və İran prezidentinin müavini Məsumə Ebtikarın Kaliforniya ştatında yaşayıb təhsil alan oğlu İsa Haşimidir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar