SON XƏBƏRLƏR

Brayan Huk: “İran dünyanın sülh və təhlükəsizliyinə qarşı bir təhdiddir. Onun qarşısını almaq üçün planımız var”

2021.10.20, 07:36
Brayan Huk: “İran dünyanın sülh və təhlükəsizliyinə qarşı bir təhdiddir. Onun qarşısını almaq üçün planımız var”

Gunaz.tv

 GünAzTV: ABŞ Dövlət Departamentində  yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk noyabrın 5-də jurnalistlərə İranın terrorizmə dəstəyindən, regiona və beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidindən danışıb.

 

Huk bildirib ki, Vaşinqton İranın terrorçu fəaliyyətlərinin qarşısını almaq üçün geniş bir plan hazırlayıb: “İran nüvə fəaliyyətləri ilə yanaşı, dünyanın sülh və təhlükəsizliyinə qarşı ciddi bir təhdiddir. İran baallistik raketlər sahəsində apardığı fəaliyyətini genişləndirir, kiber hücumlarına əl atır, beynəlxalq terrorizmə maliyyə dəstəyi verir. Məhz bunları nəzərə alaraq, biz onun bu fəaliyyətlərinin qarşısını almaq üçün mükəmməl bir planı həyata keçirməyi qərara almışıq”.

 

Huk, həmçinin noyabrın 6-da yaydığı bir video-çarxda İran millətinə müraciət edərək, Vaşinqtonun İrana qarşı sanksiyalarına toxunaraq, rəsmi Tehranı bununla bağlı öz əhalisinə düzgün məlumat verməməkdə günahlandırıb. O bildirib ki, Amerika İran rejiminə qarşı çox ağır və dağıdıcı sanksiyalar tətbiq etsə də, qoyulan qadağalar, İrana qida və kənd təsərrüfatı məhsullarının satışına, dərman və tibbi avadanlıqların ixracına şamil edilməyib: “Sizin rəhbərlərinizdən eşitdiklərinizin əksinə olaraq, Amerika humanitar məsələrlə əlaqədar məhsullara heç vaxt sanksiya qoymayıb. Sanksiyaların tətbiq edilməsində əsas məqsəd, İran rejimini öz zorakı və dağıdıcı rəftarını dəyişməyə vadar etməkdir. Unutmayın ki, Amerika hər zaman iftixarlı İran millətinin yanında durub”.

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq, Amerikanın İrana qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

ABŞ maliyyə naziri Stiven Mnuçin

 

 ABŞ maliyyə naziri Stiven Mnuçin noyabrın 2-də jurnalistlərə amçıqlamasında bildirib ki, sanksiyaların yeni mərhələsində İranın 700-dən çox fiziki və hüquqi şəxsinin adları, Amerikanın Tehrana qarşı sanksiyalar siyahısına salınıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar