SON XƏBƏRLƏR

Brayan Huk: “İran rejimi son 40 ildə ölkə daxilində ən böyük narazılıqlarla üz-üzə qalıb”

2021.10.20, 07:36
Brayan Huk: “İran rejimi son 40 ildə ölkə daxilində ən böyük narazılıqlarla üz-üzə qalıb”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk yanvarın 17-də jurnalistlərə açıqlamasında İran İslam Respublikası rəhbərlərinin ölkədə gündən-günə geniş vüsət alan kütləvi narazılıqlar qarşısında çarəsiz qalmasından danışıb.

 

İranda molla rejiminə qarşı baş verən son etirazlara toxunan Huk deyib ki, İran rejimi və onun başında duran ruhanilər ölkə daxilində son 40 ilin ən böyük etiraz və narazılıqları ilə üz-üzə qalıblar: “Son etirazlar zamanı prezident Tramp “Twitter”də farsca paylaşdığı yazılarında etirazçılara dəstək verərək, həmişə İran xalqının yanında dayanıb. Biz, bütün ölkələrdən istəyirik ki, bizə qoşulsunlar və İranda insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rolu olan rəsmilərə qarşı sanksiya qoysunlar.

 

İran rejimi çox dərin böhran içindədir. Bu böhranı isə rejimin özü yaradıb. İran xalqı hazırda ölkəyə hakim rejimin korrupsioner oğru başçılarının səriştəsizliyinin şahididir. Bir sözlə, bu gün İran rejimi son 40 ilin ən böyük narazılıqları ilə üz-üzə qalıb” –deyə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar