SON XƏBƏRLƏR

Brayan Huk: “İran sanksiyalarla bağlı öz xalqına səhv məlumat verir”

2021.10.20, 07:36
Brayan Huk: “İran sanksiyalarla bağlı öz xalqına səhv məlumat verir”

Gunaz.tv

GünAzTV: Oktyabrın 15-də Lüksemburqa səfər edən ABŞ Dövlət Departamentində  yaradılmış İran məsələləri ilə bağlı özəl işçi qrupunun rəhbəri Brayan Huk jurnalistlərə açıqlamasında İrana qarşı sanksiyalardan və rəsmi Tehranın məsələnin mahiyyəti ilə əlaqədar öz vətəndaşlarını aldatmasından danışıb.

 

Amerikanın İrana qarşı tətbiqinə başladığı yeni sanksiyalarla bağlı mövqeyini açıqlayan Huk deyib ki, Tramp hökuməti qarşıdan gələn həftələrdə İranın neft ixracatını sıfıra endirməyə çalışacaq: “İrana qarşı sanksiyaların tətbiq edilməsində məqsəd, İranla humanitar sahəhələrdə ticarətə, o cümlədən də İranla qida və dərman ticarətinə mənfi təsir göstərmək və ya onu məhdudlaşdırmaq deyil. Bir daha bildiririk ki, sanksiyalar İrana ixrac edilən qida və dərman sahələrinə şamil edilmir.

 

Yeni sanksiyaları tətbiq edərkən, Amerika hökuməti İran millətinin xeyrinə olan bəzi istisna halları əvvəlcədən nəzərə alıb. Lakin öz millətinin ilkin ehtiyaclarını təmin etməkdən aciz qalan və ölkədə yaranmış iqtisadi çətinliklərin əsas səbəbkarı sayılan İran rejimi sanksiyaların mahiyyəti barədə öz xalqına yalan danışır, onlara səhv məlumat verir.

 

Hazırda yüzdən çox beynəlxalq şirkət İranı tərk edərək bu ölkə ilə ticarət əlaqələrinə son qoyublar. Məsələ ondadır ki, siz İranla iqtisadi əməkdaşlığa girəndə həqiqətən də bilmirsiniz ki, sizinlə İran arasında olan bu əməkdaşlıq adi bir ticarət əlaqsədir, yoxsa ki, siz bu əməkdaşlıqla bilmədən beynəlxalq terrorizmə maliyyə yardımı göstərməkdəsiniz. Məhz buna görə də, xarici şirkətlər, İranla əməkdaşlığın sonrakı fəsadları ilə bağlı Amerikanın xəbərdarlıq mesajını aldıqlarına görə, Tehranla ticarət əlaqələrini dayandıraraq bu ölkəni tərk ediblər”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar