SON XƏBƏRLƏR

Brayan Huk: “İran ya danışıqlar masasının arxasına qayıtmalı, ya da iqtisadiyyatının çökməsinin şahidi olmalıdır”

2021.10.20, 07:36
Brayan Huk: “İran ya danışıqlar masasının arxasına qayıtmalı, ya da iqtisadiyyatının çökməsinin şahidi olmalıdır”

Gunaz.tv

GünazTV: Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk İranın iki seçim qarşısında qalmasından və onun nüvə və raket proqramından danışıb.

 

Region ölkələrinə səfəri əsnasında iyunun 24-də Omanda jurnalistlərə açıqlama verən Huk deyib ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmaq üçün rəsmi Tehranla müzakirələr aparmağa hazırdır: “Lakin İran İslam Respublikası əvvəlcə nüvə və raket proqramını bir kənara qoymalı, təmsilçi qruplaşmalara dəstəyini dayandırmalıdır. İran artıq iki seçim qarşısındadır. O, ya danışıqlar masasının arxasına qayıtmalı, ya da iqtisadiyyatının çökməsinin şahidi olmalıdır” –deyə Brayan Huk əlavə edib.

 

Huk həmçinin bildirib ki, o, region ölkələrinə səfərindən sonra Parisə gedəcək və 3 Avropa ölkəsinin Xarici İşlər Nazirliklərinin rəsmiləri ilə görüşərək İran təhdidlərinin davam etdirilməsi ilə bağlı sənəd-sübutları onlara təqdim edəcək.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar