Brayan Huk: “İranı illik 50 milyard dollar neft gəlirindən məhrum etmişik”

10.07.2019, 12:13

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə İşçi Qrupunun rəhbəri Brayan Huk bildirib ki, dünyada terrorizmin ən böyük himayədarı (İran-red.) olan ölkəyə nüvə silahı əldə etməyə imkan vermək olmaz.

 

Diplomat əlavə edib ki, prezident Trampın maksimum təzyiq siyasəti nəticəsində rəsmi Vaşinqton Tehranı illik 50 milyard dollarlıq neft gəlirlərindən məhrum edib.

 

O, İranın yürütdüyü təxribatçı siyasətin, nüvə və raket proqramının özünün əleyhinə işlədiyini, ölkənin dünyadan daha da təcrid olunmasına xidmət etdiyini deyib.

 

Amerika ilə İran arasında müzakirələrin başlama ehtimalından da danışan diplomat bunun yalnız Pompeonun irəli sürdüyü 12 şərt əsasında həyata keçirilə biləcəyini, bu istiqamətdə tərəflər arasında heç bir məxfi kanalın mövcud olmadığını vurğulayıb.

 

Huk sonda sanksiyalar nəticəsində İranın hərbi büdcəsinin də azı 29% azaldığını əlavə edib.

 

Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi Cozef Dunford iyulun 9-u ölkəsinin Hörmüz və Babül-Məndəb boğazlarında gəmiçiliyin İran və ona bağlı terror təşkilatlarından mühafizə edilməsi üçün beynəlxalq hərbi koalisiya yaradacağını bəyan edib. O, hazırda bu istiqamətdə müxtəlif ölkələrlə müzakirələrin aparıldığını bildirib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Dövlət katibi: "ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam edəcək"

2022-05-25

gun az article

İranda bahalığa etiraz edən fəal saxlanılıb

2022-05-25

gun az article

İranda qadın məhkum edam edilib

2022-05-25

gun az article

Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

2022-05-25

gun az article

İsrail və Türkiyə yeni mülki aviasiya sazişi üzərində işə başlayacaq

2022-05-25

gun az article

Sentyabrda Şuşada beynəlxalq elmi-praktik konfrans keçiriləcək

2022-05-25

gun az article

Kraliça II Elizabet 28 May Günü ilə bağlı İlham Əliyevi təbrik etdi

2022-05-25

gun az article

"Bütün vətəndaşlar fars dilinin qeyrətini çəkməlidir"-Fars Dili Akademiyasının başçısı

2022-05-25

gun az article

Amerika SEPAH polkovnikinin öldürülməsi ilə bağlı iddiaları təkzib edib

2022-05-25

gun az article

Amerikada yaşayan iranlılardan Baydenə çağırış: "İran xalqının internətə çıxışına yardım edin"

2022-05-25

gun az article

Azərbaycanda müdafiə xərcləri 20 faizdən çox artırılıb

2022-05-25

gun az article

Öyrəncilər siyasi məhbusa dəstək aksiyası keçirib

2022-05-25

gun az article

Amerika İranın qaçaq neftini daşıyan gəmini saxlayıb

2022-05-25

gun az article

Məhəmmədbaqir Qalibaf yenidən İran parlamentinin başçısı seçilib

2022-05-25

gun az article

SEPAH komandirindən məsullara ittiham: "Övladları Amerika və Kanadaya sığınıb"

2022-05-25

gun az article

Amerika SEPAH-ı terror təşkilatları siyahısında saxlayacaq

2022-05-25

gun az article

Britaniya kəşfiyyatı: "Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir"

2022-05-25

gun az article

Azərbaycan regionun lider ölkəsidir - Bağdad Amreyev

2022-05-25

gun az article

“İstənilən sazişi dəstəkləyirik” - Avropa İttifaqı rəsmisi

2022-05-25

gun az article

Bakıda küçəyə Xarıbülbül adı veriləcək

2022-05-25