SON XƏBƏRLƏR

Brayan Huk: “İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yox, Qasım Süleymanidir”

2021.10.20, 07:36
Brayan Huk: “İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yox, Qasım Süleymanidir”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentində İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, martın 15-də ABŞ Konqresində jurnalistlərə açıqlamasında İrana qarşı yeni sanksiyalardan danışaraq, “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaniyə “Zülfüqar” hərbi nişanının verilməsinə münasibət bildirib.

 

Öz açıqlamasında Ağ Evin İrana qarşı iqtisadi təzyiqləri maksimum həddə çatdırmaq niyyətində olduğunu vurğulayan Huk bildirib ki, Vaşinqton İran rejiminə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır: “Gördüyünüz kimi son günlər İranın dini lideri Qasım Süleymaninin döşünə hərbi bir nişan taxdı. Şəxsən hesab edirəm ki, İran İslam Respublikasının həqiqi xarici işlər naziri Məhəmmədcavad Zərif yox, Qasım Süleymanidir. İran lideri həm də Qasım Süleymanini təbrik edib ona “şəhid” olmağı arzuladı. O, ümidvar olduğunu bildirdi ki, bu hadisə tez bir zamanda baş verməsin. Lakin bildirdi ki, sonunda onun “şəhid” olacağına ümid edir. Bu isə çox qəribədir. Bu, İran rejiminin axırzamanla bağlı bəyanatları ilə, o cümlədən də keçmiş prezident Mahmud Əhmədinejadın səsləndirdiyi fikirlərlə üst-üstə düşür”-deyə Huk əlavə edib.

 

Huk həmçinin İranda hökumət tərəfindən sosial şəbəklərin fəaliyyətinə məhdudiyyət qoyulmasını tənqid edərək, “Twitter”ə  süzgəc qoyulduğu bir halda, İran lideri Əli Xamneyinin, eləcə də xarici işlər naziri Məhəmmədcavad Zərifin həmin sosial şəbəkədən geniş istifadə etdiyini xatırladaraq, İran rejimini və onun rəhbərlərini riyakarlıqda günahlandırıb.

 

Xatırladaq ki, Əli Xamneyi bir neçə gün əvvəl “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının komandanı Qasım Süleymanini ölkənin ən yüksək hərbi nişanı sayılan “Zülfüqar” nişanı ilə təlitif edib.

 

Qasım Süleymani

 

İran mediasının bildirdiyinə görə, Qasım Süleymani ona verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirdiyinə görə və hərbi komandanlıqda göstərdiyi şücaətinə görə “Zülfüqar” hərbi nişanına layiq görülüb. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar