Brayan Huk: “İranlıların Amerikaya buraxılmamasına görə rəsmi Tehran günahkardır”

11.01.2019, 14:39

GünAz TV: Amerika Dövlət Departamentinin İran məsələləri ilə bağlı özəl işçi qrupunun rəhbəri Brayan Huk iranlıların Amerikaya buraxılmaması ilə bağlı suallara video vasitəsi ilə cavab verib.

 

Dövlət Departamentinin rəsmi “twitter” səhifəsində yayılan videoda Huk bildirib ki, İran viza üçün müraciət edən öz vətəndaşları ilə bağlı məlumatları ABŞ-a təqdim etmir. O, həmçinin rəsmi Tehranın yaxın gələcəkdə bu problemi aradan qaldıracağına ümidvar olduğunu deyib.

 

Amerika Birləşmiş Ştatları digər ölkələr kimi viza verilməsi prosesi zamanı ölkəyə daxil olmaq istəyən şəxslər barədə bəzi şəxsi məlumatları onların vətəndaşı olduğu dövlətdən tələb edir. İran isə bu məlumatları ABŞ-a təqdim etmədiyinə görə, iranlıların Amerikaya səfər etməsi məhdudlaşdırılıb.

 

Qeyd edək ki, prezident Donald Trampın 2017-ci ilin əvvəllərində viza məhdudiyyətləri ilə bağlı verdiyi sərəncamdan sonra İran da daxil olmaqla 7 ölkə vətəndaşlarının 90 gün ərzində Amerikaya girişi məhdudlaşdırılmışdı. Bu fərmanda o, həmçinin ABŞ Milli Təhlükəsizlik Nazirliyinə hansı ölkələrinin viza üçün müraciət etmiş öz vətəndaşları barədə zəruri informasiyaları ABŞ-a təqdim etmədiyini müəyyən etməyi tapşırmışdı.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Prezident İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

2023-03-25

gun az article

Ordumuz təxribatların qarşısını almaq üçün hərəkətə keçdi

2023-03-25

gun az article

Separatçıların Füzuli istiqamətində səngər qazmasının qarşısı alındı

2023-03-25

gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24