SON XƏBƏRLƏR

Brayan Huk: “Pompeo İran sanksiyalarında verilmiş güzəştləri sonlandıra bilər”

2021.10.20, 07:36
Brayan Huk: “Pompeo İran sanksiyalarında verilmiş güzəştləri sonlandıra bilər”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk rəsmi Tehrana qarşı qəbul edilmiş sanksiyalarla bağlı yeni prioritetləri açıqlayıb.

 

O bildirib ki, ölkəsi İranın nüvə fəaliyyətlərini yaxından izləyir və Dövlət Departamentinin rəhbəri Mayk Pompeo rəsmi Tehrana qarşı qəbul edilmiş nüvə sanksiyalarında edilmiş güzəştlərə son verə bilər.

 

Diplomat Əli Əkbər Salehiyə qarşı sanksiyaların tətbiq edilməsini onun rəhbərlik etdiyi qurumun İranın nüvə öhdəliklərini pozmaqda oynadığı rolla əlaqələndirib.

 

“İranın Atom Enerjisi üzrə Təşkilatı bu ölkənin üzərinə götürdüyü öhdəlikləri pozmasında mühüm rola sahibdir. Bu təşkilat uranın depolanması və zənginləşdirilməsi həddi ilə bağlı məhdudiyyətləri gözardı edib. Zənginləşdirmə potensiyalının artırılması üçün yeni mütərəqqi sentrifuqaların quraşdırılması şəxsən təşkilatın rəhbərinin nəzarəti altında həyata keçirilib”,- deyə Brayan Huk əlavə edib.

 

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi ötən gün İranın Atom Enerjisi üzrə Təşkilatı və onun rəhbəri Əli Əkbər Salehiyə qarşı sanksiyalar qəbul edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar