SON XƏBƏRLƏR

Brayan Huk: “Səfirliyə hücum etmək İran rejiminin taktikasıdır”

2021.10.20, 07:36
Brayan Huk: “Səfirliyə hücum etmək İran rejiminin taktikasıdır”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk Bağdadda baş verən son olaylara münasibət bildirib.

 

Diplomat hücumun İranın təşkilatlandırdığı terroristlər tərəfindən həyata keçirildiyini deyib.

 

“Onlar (İran rejimi-red.) 40 il bundan qabaq bizim Tehrandakı səfirliyimizə hücum etmişdilər. Hazırda Bağdadda səfirliyimizə hücum edənlər də İran rejiminin yetişdirdiyi terroristlərdir. İraq xalqı İranın ölkələrindən çıxmasını tələb edirlər”, - deyə Huk əlavə edib.

 

Qeyd etmək lazımdır ki, İrana bağlı yaraqlıların ABŞ-ın Bağdadda akkreditə edilmiş səfirliyinə etdiyi hücum rəsmi Vaşinqtonla Tehran arasındakı gərginliyi son günlər ərzində pik həddə çatdırıb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar