SON XƏBƏRLƏR

Brayan Huk: “Son 40 ildə islam respublikasının ən qədim qurbanı İran xalqıdır”

2021.10.20, 07:36
Brayan Huk: “Son 40 ildə islam respublikasının ən qədim qurbanı İran xalqıdır”

Gunaz.tv

GünazTV: Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk avqustun 23-də “Əl-Hürrə” xəbər telekanalına müsahibəsində İranla mümkün müzakirələrdən və Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

 

Huk deyib ki, əgər islam respublikasının rəhbərləri Amerika ilə danışıqlardan imtina etsələr, Tramp hökumətinin İraxna qarşı sanksiyaları daha da gücləndiriləcək: “Hesab edirəm ki, Amerika hökuməti ilə danışıqları təxirə salmaq İran rəhbərlərinin ziyanınadır. İran rejimi bundan əvvəl dəfələrlə diplomatiyanı rədd edib. Halbuki İran Amerika diplomatiyasına zorakılıq yolu ilə yox, diplomatiya ilə cavab verməlidir. Əgər İran rəhbərləri Vaşinqtonla hər hansı bir müzakirə aparılmasfını istəmirlərsə, problem yoxdur. Lakin biz sanksiyalarımızı şiddətləndirəcəyik.

 

İran rəsmilərinin Amerikada keçiriləcək növbəti prezident seçkiləri, eləcə də islam respublikasının sanksiyalara baxmayaraq öz həyatını davam etdirəcəyi ilə bağlı iddialarına gəlincə, ümid edirəm ki, İran millətinin xətrinə olmuş olsa da onların bu iddiaları düz çıxmasın. Çünki son 40 ildə islam respublikasının ən qədim qurbanı İran xalqı və bu ölkənin vətəndaşlarıdır.

 

Təəssüflər olsun ki, bu gün islam respublikasına hakim korrupsiya (fəsad), səriştəsizlik və ideologiyanın əsas prioritet kimi irəli sürülməsi ölkəni yoxsulluq uçurumuna sürükləyib. Hazırda İran iqtisadi durğunluğa doğru irəliləyir. Ölkəyə hakim bu qarma-qarışılıq isə rejimin özünün yürütdüyü səhv siyasətinin nəticəsidir. Sözsüz ki, İran rejimi normal və adi bir ölkə kimi rəftar etməyənə qədər bizim sanksiyalarımız davam edəcək.

 

Bizim İrandan istəyimiz o qədər də çox deyil. Ümid edirik ki, prezident Trampın seçkilərdə yenidən seçilməsi ilə bizim İran rejiminə qarşı yürütdüyümüz düzgün siyasətimiz daha altı ilə davam edəcək. Biz, öz xalqını yoxsullaşdıran, Orta Şərqdə sabitliyi pozan İran rejimini neft gəlirlərindən məhrum etmək istəyirik” –deyə Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar