SON XƏBƏRLƏR

Brayan Huk: “Ümid edirik ki, İranın Vaşinqtondakı səfirliyinin açarı bir gün iranlıların həqiqi nümayəndələrinə təhvil veriləcək”

2021.10.20, 07:36
Brayan Huk: “Ümid edirik ki, İranın Vaşinqtondakı səfirliyinin açarı bir gün iranlıların həqiqi nümayəndələrinə təhvil veriləcək”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentində  yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, fevralın 19-da “Twitter” səhifəsində paylaşdığı bir statusda İranın Vaşinqtondakı keçmiş səfirliyindən və Tehranla Vaşinqton arasında diplomatik əlaqələrin yenidən bərpa olunmasının şərtlərindən danışıb.

 

İranla Vaşinqton arasında diplomatik əlaqələrin yenidən bərpa olunmasına ümidvar olduğunu bildirən Huk bildirib ki, Amerika hökuməti İran səfirliyini və onun içindəki qiymətli əşyaları qoruyub saxlamaq üçün üzərinə öhdəlik götürüb: “Biz, səfirlik binasını və onun içindəki qiymətli əşyaları, o cümlədən də bahalı xalçaları, səfirliyin açarını iranlıların həqiqi nümayəndələrinə təhvil verən günə qədər qoruyub saxlayacağıq. Lakin səfirliklərin hər iki ölkədə yenidən açılması İran hakimiyyətindən və onun rəftarından asılıdır.

 

Hesab edirik ki, İran rejimi apardığı siyasi kursunu dəyişməli, öz xalqına daha perspektivli bir yol tərsim etməli, inqilabçı bir ideyanın daşıyıcısı olmaqdan əl çəkməli, normal bir ölkə kimi rəftar etməlidir. Düşünürəm ki, İran Amerika Birləşmiş Ştatlarına və onun Orta Şərqdəki tərəfdaşlarına qarşı təhdid siyasətinə son qoymalı, daha çox İran millətinin mənafe və maraqlarına önəm verməlidir.

 

Təəssüflər olsun ki, bu gün ölkənin iqtisadi sahəsində mövcud səriştəsizlik, ətraf mühitin məhv edilməsi və ölkə xaricində aparılan zorakı macəraçılıq, İran İslam Respublikasının yürütdüyü siyasətinin bariz nümunələrindən biri sayılır. Çünki İran hakimiyyətinin ideologiyası nifrətə söykənir. Hesab edirəm ki, İran xalqı gec-tez öz azadlığına qovuşmalı, rəhbərlərini özü seçməlidir. İran xalqı korrupsioner bir qrupun onlara seçim etməsinə imkan verməməlidir”.

 

İranın Vaşinqtondakı keçmiş səfirliyi

 

Xatırladaq ki, 1979-cu il, noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinə basqın edilib. Hadisə, islam inqilabının qələbə çalmasından az sonra baş verib. Radikal “Hizbullah”çı bir qrup tələbə səfirlik binasını ələ keçirərək, 53 amerikalı diplomatı 444 gün girov saxlayıblar. Nəticədə həmin basqından sonra iki ölkə arasındakı bütün diplomatik əlaqələr kəsilib.

 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar