Brayza: "Bayden və Putin gözlədikləri nəticələri əldə etdilər"

2021-06-17 16:59

"ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin Cenevrə zirvə görüşündə özləri üçün gözlədikləri nəticələri əldə etdilər".

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri  ABŞ Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza iyunun 16-da ABŞ və Rusiya prezidentləri arasında Cenevrədə keçirilmiş zirvə görüşünü şərh edərkən bildirib.

Brayza hesab edir ki, Vladimir Putinin nöqteyi-nəzərindən zirvə görüşünün gözlənilən nəticələri əldə edilib. Söhbət Rusiyanın qlobal səviyyəsinin və strateji əhəmiyyətinin artırılmasından gedir ki, bu, həm də daxili siyasət üçün faydalı ola bilər.

“Hesab edirəm ki, Co Baydenin nöqteyi-nəzərindən də zirvə görüşünün gözlənilən nəticələri əldə edilib. Prezident Bayden ciddi məsələləri qaldıracağını demişdi və o, bu fikirləri çatdırmağı bacardı. Görüşdən çıxarkən fikir mübadiləsinin nə dərəcədə konstruktiv keçdiyini bir neçə dəfə vurğuladı. Putin də eyni sözləri dedi: “Bəli, fikir mübadiləsi konstruktiv keçdi”. Bu səbəbdən, nəticə Bayden üçün də uğurludur”, - o əlavə edib.

Zirvə görüşündən öncə Baydenin Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlərin təmin olunması ilə bağlı qarşıya qoyduğu məqsədə gəlincə, Brayza hesab edir ki, Cenevrə görüşünün bu münasibətlərə gətirib çıxaracağından danışmaq üçün hələ çox tezdir.

Onun fikrincə, ilk baxışdan iki ölkə arasında münasibətlər kənardan sakit görünsə də, lakin müəyyən gərginlik qala bilər: “Düşünürəm ki, prezidentlər arasında cəmi bir görüş ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını heç cür yumşalda bilməz”.

“Hesab edirəm ki, zirvə görüşü rəsmi Vaşinqton və Moskva arasında zahiri gərginliyi bir qədər azalda bilər. Zahiri dedikdə, mən üzdən görünən gərginliyi nəzərdə tuturam”, - o əlavə edib.

Brayza həmçinin hesab edir ki, prezident Baydenin Cenevrə görüşündəki çıxışı Donald Trampın Helsinki görüşündəki çıxışından xeyli yaxşı idi. 

Onun fikrincə, prezident Bayden əvvəlcə ABŞ-ın ən böyük müttəfiqi olan Böyük Britaniyaya yollanaraq “Böyük yeddilik” çərçivəsində tam həmrəyliyini ifadə etməklə, daha sonra Avropa Birliyi rəhbərlərinin və NATO-nun zirvə görüşlərinə qatılmaqla, habelə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməklə zirvə görüşünə hazırlıq üzrə böyük iş görüb.

O hesab edir ki, son nəticədə Bayden Putinə öz fikrini çatdıra, Putin isə Rusiyanın dünya arenasındakı səviyyəsini yüksəldə bilib. (report.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31