SON XƏBƏRLƏR

Britaniya hökumətində "Brexit"lə bağlı fikir ayrılıqları yaranıb

2021.10.20, 07:36
Britaniya hökumətində "Brexit"lə bağlı fikir ayrılıqları yaranıb

Gunaz.tv

GünAz TV: Böyük Britaniya hökumətində "Brexit" məsələsinə münasibətə görə üç fərqli mövqe ortaya çıxıb.

 

"Report" “The Times”ə istinadən xəbər verir ki, Baş nazir Tereza Meyin "Brexit" planını həyata keçirmək məsələsində uğursuz səylərindən dolayı hökumət üzvləri bunun baş tutmaması qənaətindədirlər.

 

Bu baxımdan, sonrakı addımlar barədə müxtəlif fikirlər yürüdürlər.

 

Təqaüdlər və məşğulluq naziri Ember Radd, maliyyə naziri Filip Hammond kimi xadimlərin daxil olduğu birinci qrup Avropa İttifaqı (Aİ) ilə razılığa gəlmək mümkün olmasa, təkrar referendum keçirməyin zəruri olduğunu bildirirlər. Başçıları daxili işlər naziri Səcid Cavid və ətraf mühitin mühafizəsi naziri Maykl Qov olan ikinci qrupun fikrincə, razılığa gəlmək mümkün olmasa belə Aİ üzvlüyündən çıxmaq, bundan sonra da Aİ üzvü olmayan, amma bu təşkilatla bir çox razılaşma və sazişlərlə bağlı olan Norveçi nümunə götürmək lazımdır. Şotlandiyanın dövlət katibi David Mundell və xarici işlər naziri Ceremi Hant kimi nüfuzlu şəxslərin daxil olduğu üçüncü qrup isə üzvlükdən yalnız Avropa İttifaqı ilə razılığa gəldikdən sonra çıxmağa, bununla bağlı "Brexit"i martın 29-dan daha sonrakı vaxta keçirməyə tərəfdardırlar.

 

Baş nazir Tereza Mey isə təkrar referendumun əleyhinə olmaqla hələ də razılığa gəlməyə ümid edir. Halbuki Aİ-dən "Brexit"lə bağlı yeni danışıqlara başlamaq istəmədiklərini bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar