SON XƏBƏRLƏR

Britaniya Hörmüz boğazı ilə əlaqədar Bəhreyndə Amerika və Avropa ölələrinin görüşməsini istəyib

2021.10.20, 07:36
Britaniya Hörmüz boğazı ilə əlaqədar Bəhreyndə Amerika və Avropa ölələrinin görüşməsini istəyib

Gunaz.tv

GünAz TV: “Guardian” qəzeti Britaniyanın Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa və digər Avropa ölkələrinin hərbi nümayəndələrini bu gün Bəhreyndə keçiriləcək görüşdə iştirak etməyə dəvət edib.

 

Verilən məlumatlara əsasən, sözügedən görüşdə Hörmüz boğazında təhlükəsizliyin qorunması üçün beynəlxalq koalisiyanın təşkil edilməsi məsələsi müzakirə ediləcək. Qəzet bildirir ki, Britaniya bununla da ABŞ-ın rəhbərliyi ilə boğazda baş tutacaq hər növ hərbi missiyadan imtina edən Fransa və Almaniya kimi Avropa ölkələriylə Amerika arasında körpü yaratmaq istəyir.

 

Britaniyalı rəsmilər qeyd edirlər ki, sabiq xarici işlər naziri Ceremi Hantın Hörmüz boğazında üzən gəmilərin İranın qəsbkarlığından qorunması üçün Avropa İttifaqına müştərək hərbi donanma yaratmaqla bağlı təklifi hələ də qüvvədədir.

 

Amerika Birləşmiş Ştatları da bundan bir müddət öncə dünya neft traffikinin 1/5-nin keçdiyi Hörmüz boğazında “Sepah” terror təşkilatının gəmilərə qarşı hücumlarıyla mübarizə üçün oxşar təklif irəli sürmüşdü. Lakin Avropa ölkələrinin bəziləri bu təklifə müsbət cavab verməmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar