SON XƏBƏRLƏR

Britaniya körfəzə pilotsuz uçan aparatlar göndərməyi düşünür

2021.10.20, 07:36
Britaniya körfəzə pilotsuz uçan aparatlar göndərməyi düşünür

Gunaz.tv

GünAz TV: Britaniya İranla gərginliklərin artmasına görə, körfəz üzərində pilotsuz uçan aparatların uçuşunu həyata keçirməyi düşünür.

 

“Sky News” telekanalının məlumatına əsasən, hazırda Britaniyaya məxsus “Reaper” adlı PUA-lar Küveyt ərazisində yerləşdirilib. Britaniya Suriya və İraq səmasında uçuşlar həyata keçirən bu aparatların körfəz üzərində də müşahidə uçuşlarının təşkil edilməsini düşünür.

 

Məlumatlarda qeyd edilir ki, əgər bununla bağlı qərar qəbul edilsə, sözügedən aparatlar körfəzdə üzən Britaniyaya məxsus gəmilərə nəzarət edəcək.

 

Xatırladaq ki, ötən həftənin cümə günü Britaniya dünya ölkələrini körfəzdə İranın gəmiçiliyə qarşı yaratdığı təhdidlərlə mübarizə üçün Amerikanın rəhbərliyi ilə  təşkil edilmiş koalisiyaya daha çox dəstək göstərməyə çağırmışdı.

 

“Sepah” terror təşkilatının İrana məxsus “Grace 1” tankerinin Cəbəli-Tariq tərəfindən saxlanmasına cavab olaraq iyulun 19-da Britaniyanın “Stena impero” gəmisini durdurması tərəflər arasında gərginliyə səbəb olmuşdu. Rəsmi London bundan sonra Avropa ölkələrinə körfəzdə gəmiçiliyə qarşı təhdidləri aradan qaldırmaq üçün dəniz donanması qurmağı təklif etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar