SON XƏBƏRLƏR

Britaniya səfiri İrana qayıdıb

2021.10.20, 07:36
Britaniya səfiri İrana qayıdıb

Gunaz.tv

GünAz TV: Britaniyanın Tehranda akkreditə edilmiş səfiri Robert Makeyr müəyyən müddətdən sonra yenidən İrana qayıdıb.

 

Tehranda “Sepah”ın vurduğu Ukrayna təyyarəsində ölən sərnişinlərin anım mərasiminə qatıldığı üçün qısa müddətlik həbs edilən səfir bundan sonra Britaniyaya qayıtmışdı.

 

Səfir İnstagram səhifəsində yaydığı video müraciətdə qeyd edib ki, onun Britaniyaya səfəri öncədən planlaşdırılmış olub. O, artıq Tehrana qayıtdığını və iş başında olduğunu qeyd edib.

 

Bir çox iranlı rəsmi Robert Makeyrin sözügedən mərasimdə iştirakına görə “arzuolunmaz şəxs” kimi ölkədən qovulmasını tələb ediblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar