Təbriz İES-də yenidən mazutdan istifadəyə başlanılması etirazlara səbəb olub

24.01.2022, 12:31

Təbrizin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad istilik elektrik stansiyasında )İES) yenidən mazutdan istifadəyə başlanıldığını deyib.

Gunaz.tv Quote | Gunaz article

“Dəfələrlə neft nazirinə müraciət etdikdən və Milli Qaz Şirkəti qarşısında məsələ qaldırdıqdan sonra Təbrizin İES-də mazutdan istifadə dayandırılmışdı.

Son günlər havanın şaxtalı keçməsi və maye qaz təminatında yaranan çatışmazlıq səbəbindən mazutdan istifadəyə başlanılıb”-deyə, millət vəkili bildirib.

Ruhullah Mütəfəkkir Azad yenidən mazutdan istifadəyə başlanılmasını əsaslandırmağa çalışsa da, ətraf mühit fəalları buna etiraz ediblər.

Onlar bir neçə gün fasilədən sonra son iki gündə Təbrizdə hava çirkliliyi göstəricisinin yenidən yüksəldiyini və həssas yaş qrupları üçün təhlükəli həddə çatdığını yazıblar.

Bir neçə gün bundan öncə ətraf mühit fəalları Şərqi Azərbaycan əyalətinin Davamlı İnkişaf Evi, İnsan Hüquqları və vətəndaşlıq komissiyasında çalışan hüquqşünasların dəstəyi ilə Təbriz İstilik Elektrik Stansiyasının müdiri və Şərqi Azərbaycan Enerji İstehsalat Şirkətinin İdarə Heyətinin üzvlərini məhkəməyə veriblər.

Fəallar və hüquqşünaslar ətraf mühiti çirkləndirən adıçəkilən qurumların rəhbərliyindən qanuni səlahiyyətlərini yerinə yetirmələrini tələb edib.

Qeyd edək ki, son aylar Təbrizdə havanın çirklilik səviyyəsinin artması üzündən dəfələrlə məktəblərdə dərslər dayandırılıb.

Ətraf mühit fəalları hesab edir ki, hava çirkliliyinin əsas səbəbi istilik elektrik stansiyasında (İES) mazutdan istifadə edilməsidir.

Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi stansiyanın qaz payının kəsilməsinə və mazutdan istifadənin davam etdirilməsinə görə hökuməti kəskin tənqid edib.

"Şəhərin havasının çirkləndirilməsində əsas rolu Təbrizin neft-kimya zavodu və istilik elektrik stansiyası oynayırlar.

Hər iki müəssisə ekolojiya ilə bağlı öhdəliklərinə əməl etmir və Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun qarşısının alınması ilə bağlı məsuliyyətini yerinə yetirməkdə qüsurlara yol verir”-deyə, Əlirzabeygi bildirib. 

C.E

روح الله متفکر آزاد و سعدالله نصیری مهمانان امشب برنامه به وقت ایران | شبکه  آموزش

Ruhullah Mütəfəkkir Azad

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

2022-05-10

gun az article

Prezident: "Bu gün Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür"

2022-04-30

gun az article

İrandan uyuşdurucu qaçaqmalçılarının ölkəyə daxil olmasının qarşısı alınıb

2022-04-09

gun az article

Ukraynadan Polşaya 2,5 milyondan çox qaçqın gəlib

2022-04-05

gun az article

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

2022-04-05

gun az article

CNN: Rusiya qoşunları Kiyevin ətraf ərazilərini tərk edir

2022-03-30

gun az article

"Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur" - Müdafiə Nazirliyi

2022-03-27

gun az article

Zelenski NATO-nu ittiham edib: "Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB

2022-03-24

gun az article

“Azov dənizinə çıxışı itirmişik”-Ukrayna Müdafiə Nazirliyi

2022-03-19

gun az article

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri: “Azərbaycanla əməkdaşlıq davamlı xarakter daşıyır”

2022-03-11

gun az article

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

2022-03-11

gun az article

Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub

2022-03-05

gun az article

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxarıb, Belarusu cəzalandırıb

2022-03-05

gun az article

Zelenski Kiyevi tərk etmək barədə ABŞ-ın təklifini rədd edib

2022-02-26

gun az article

Putin: “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq”

2022-02-25

gun az article

İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib

2022-02-24

gun az article

"Bloomberg": Vyanada nüvə danışıqları dalana dirənib

2022-02-17

gun az article

Ərdoğan koronavirusdan sağalıb

2022-02-11

gun az article

Türkiyədə iranlı müxalifi qaçırmaq istəyən casus şəbəkəsi ifşa edilib

2022-02-10

gun az article

Şuşada Təbriz küçəsi-“Apple” işğaldan əvvəlki küçə adlarını bərpa etdi

2022-02-09