SON XƏBƏRLƏR

"Təbrizlilər son dərəcə narazıdır"- Şəhər Şurasının komissiya başçısı

2022.04.04, 11:42
"Təbrizlilər son dərəcə narazıdır"- Şəhər Şurasının komissiya başçısı

Gunaz.tv

Təbriz Şəhər Şurasının Memarlıq və Şəhərsalma Komissiyasının başçısı Firudin Babayi Əqdəm Təbrizdə abadlıq işlərinin yetərli olmadığını və əhalinin bundan olduqca narazı və şikayətçi olduqlarını deyib.
 
O, Yaz bayramı tətillərində Yəzd və Buşehr şəhərlərinin Memarlıq və Abadlıq komissiyalarının başçılarının qonağı olduğunu, adıçəkilən şəhərlərdə tarixi və mədəni abidələrin sxlanılması ilə bağlı görülən işlərdən təəccübləndiyini bildirib.

Babayi Əqdəm eyni yanaşmanın Təbrizdəki tarixi və mədəni məkanlara qarşı olmadığından təəssüfləndiyini söyləyib.
 
 Təbriz Şəhər Şurasının Memarlıq və Şəhərsalma Komissiyasının başçısı  Təbrizin tarixi “Saat” inasının təmiri ilə bağlı qayğılarını dilə gətirərək, binada olan idari işlərin dayandırılmalı olduğunu və oranın tarixi abidə kimi saxlanılmasının vacibliyini qeyd edib.

“Bələdiyyə sarayı (Saat binası)tarixi abidə hesab olunduğu üçün orada ofislərin və inzibati idari qurumların fəaliyyətinə son qoyulmalıdır”-deyə, Fridun Babayi Əqədm bildirib. 

 

14010114000591_Test_PhotoN.jpg

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar