Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31 19:22

Təbriz Şəhər Şurasının üzvü Məhərrəm Məhəmmədzadə “Məqbərətüşşüəra” abidəsi ətrafında aparılan qeyri-qanuni inşaat işlərinə etirazını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Məhəmmədzadə həmçinin məsulların abidə ətrafında aparılan qazıntılar zamanı tapılan tarixi əşyaların növü və miqdarı barədə, eləcə də bu əşyaların harada saxlanıldığı haqda izahat vermələrini tələb edib.

 

 

“Məqbərətüşşüəra” və ya şairlər məqbərəsi ən azı 7 əsr əvvəldən şair və yazıçıların məzarı olub. Belə ki, bu ərazidə Məhəmməd Hüseyn Şəhriyar da daxil olmaqla 400-dən çox şair və yazıçı dəfn edilib.

 

 

“Gələcək nəsil bizdən buranı niyə qazdığımızı, tarixi əşyaları nə etdiyimiz soruşacaq. “Məqbərətüşşüəra”da yerləşən bir çox qəbir qazılıb və sümüklər gecə ilə naməlum yerə aparılıb,” deyə Məhəmmədzadə bildirib.

 

 

Təbriz Şəhər Şurasının digər üzvü Firidun Babai Əqdəm də Təbrizin dəfələrlə zəlzələ nəticəsində dağıldığını xatırladaraq qeyd edib ki, bir çox halda şəhər sakinləri adicə qaz borusu üçün qazıntı işləri apardığı zaman tarixi əşyalara rast gəlir.

 

 

Şuranın Memarlıq və Şəhərsalma Komissiyasının sədri olan Babai Əqdəm əlavə edib ki,  belə bir potensiala sahib olan Təbriz şəhərinin universitetində hələ də arxeologiya ixtisası yaradılmayıb.

 

 

Məhəmmədzadə həmçinin “Məqbərətüşşüəra”nın kənarında çoxmərtəbəli otelin tikilməsini də tənqid edib.

 

 

“Digər şəhərlərdə tarixi abidələrin ətrafında yerləşən binaları sökürlər, Təbrizdə isə Məqbərətüşşüəra”nın kənarında 10 mərtəbəli otel tikilib. Təbriz Bələdiyyəsi otelin tikilmə icazəsinin Şərqi Azərbaycan əyalətinin Mədəni İrs İdarəsi tərəfindən verildiyini deyir, Mədəni İrs idarəsinin rəhbəri isə belə bir icazənin verilmədiyini iddia edir,” deyə o əlavə edib.

 

 

Qeyd edək ki, Şərqi Azərbaycanın Mədəni İrs idarəsi və Təbriz Bələdiyyəsi rəsmiləri sözügedən otelin sahibinin adını açıqlamaqdan imtina edirlər. Şübhəsiz ki, bu binanın sahibi hökumətin dəstəyi olmadan Azərbaycanın ən əhəmiyyətli abidələrindən sayılan “Məqbərətüşşüəra”nın ətrafında tikinti işi apara bilməzdi.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb + VİDEO/FOTO

2020-07-13

gun az article

Güney azərbaycanlı deputatdan Azərbaycana dəstək: "Ermənistan təcavüzkardır"

2020-07-13

gun az article

Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13

gun az article

Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub

2020-07-13

gun az article

Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13

gun az article

Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub

2020-07-13

gun az article

Sürgündə olan milli fəal Siyamək Mirzayi vətənə qayıdır

2020-07-13

gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13

gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

GünazTV Juluy.10.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-11