SON XƏBƏRLƏR

Təbriz Tibb Elmləri Universitetinin əməkdaşları etiraz aksiyası keçirib-VİDEO

2022.07.14, 06:37
Təbriz Tibb Elmləri Universitetinin əməkdaşları etiraz aksiyası keçirib-VİDEO

Gunaz.tv

Koronavirus pandemiyası dövründə iki qat işlədiklərini vurğulayan tibb işçiləri  rəsmi olaraq işə götürüləcəkləri ilə bağlı təzminat istəyiblər.

Universitetin əməkdaşları pandemiya səngidikdən sonra rəsmi olaraq işə götürüləcəkləri ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini bildiriblər.

"Canınızın müdafiçəsisi olmuşuq, haqqımızın müdafiəçisi olun" məzmunlu şüarlar yazılan plakat qaldıran etirazçılar hökumətdən ədalətli yanaşma tələb ediblər.

Qeyd edək ki, İran dünyada yeganə ölkədir ki, tibb bacıları 12 növ əmək müqaviləsi ilə işləyirlər. Hər kəsin işi eyni olsa da, maaşları və müavinətləri fərqlidir. 

İranlı tibb bacılarının 45%-i müvəqqəti müqavilə ilə işləyir və daimi müqavilə ilə işə götürüləcəklərini gözləyirlər.

Qeyd edək ki, Təbriz Tibb Elmləri Universitetinin verdiyi məlumata görə, 11 ayda əyalətdə 2250 tibb işçisi koronavirusa yoluxub.

Həkimlərin özəlliklə koronavirusla mübarizə dönəmində artıq işləmələrinə, həyatlarını təhlükəyə atmalarına baxmayaraq, hökumət vəd etdiyi əlavə ödənişləri verməməklə yanaşı üstəlik aylıq əmək haqları da ödəmir, daimi işə götürmə ilə vədi yerinə yetirmir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar