SON XƏBƏRLƏR

"Traxtur"u "Mançester Siti"nin sabiq baş məşqçisi çalışdıracaq

2021.11.12, 08:46
"Traxtur"u "Mançester Siti"nin sabiq baş məşqçisi çalışdıracaq

Gunaz.tv

“Traxtur” rəhbərliyi komandanın başına tanınmış avropalı mütəxəssis Goran Eriksonun gətiriləcəyini deyib.

Avropalı məşqçi bundan öncə “İngilis” və “Mançester Siti” futbol komandalarının baş məşqçisi olub.

Məlumata görə, bir neçə avropalı məşqçi ilə danışıqlar aparılıb, ancaq son seçim olaraq Erikson seçilib. Hazırda onun vəkilləri ilə müzakirələrin davam etdirilir.

Klubun məlumatında “Traxtur” rəhbərliyinin Eriksonun bütün şərtləri iə razılaşdığı bildirilir.

Lakin baş məşqçinin vəkillərinin müqavilə şərtlərinə həssas yanaşdıqları üçün danışıqların uzun sürdüyü qeyd olunur.

Bundan 3 il öncədə Goran Eriksonun “Traxtur”un baş məşqçiliyinə gətirilməsi gündəmə gəlmiş, ancaq onunla heç bir danışıq aparılmamışdı.

Qeyd edək ki, bir neçə gün bundan öncə “Traxtur”un baş məşqçisi Firuz Kərimi qısa müddətli fəaliyyətdən sonra noyabrın 5-də, komandanın Tehranın “Peykan” komandasına 3-1 hesabı ilə uduzmasından sonra istefa verib.

Uzun müddətdir “Traxtur” klubu daxilində baş verən çəkişmələr, ixtilaflar və klubun yüksək məbləğdə borcunun yaranması Asiyada ən çox tərəfdarı olan komandada böhran yaranmasına səbəb olub.

Tehranın "İstiqlal", "Perspolis", İsfahanın "Sepahan" və başqa mərkəzi əyalətlərin klublarına dövlət tərəfindən külli məbləğdə vəsait ayrıldığı halda Təbriz komandasına dəstək verilmir.

Bu, bir sıra azərbaycanlı millət vəkilləri, o cümlədən Əhmədrza Əlirzabeygi, Məsud Pezeşkiyan və Hüseyn Hatəminin etirazları iə qarşılaşıb.

Bundan bir müddət öncə Kəleybərin İran parlamentindəki nümayəndəsi Hüseyn Hatəmi “Traxtur” futbol klubuna qarşı olan ayrı-seçkiliyi tənqid edərək, Tehran klublarına dəstək verildiyini, lakin  “Traxtur"a qarşı diqqətsiz yanaşıldığını bildirib.

“Azərbaycan mədənlərinin zəngin ehtiyatlarından “Traxtur” klubuna maliyyə yardımı ayırın. Əks halda İdman naziri və Sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment məsələsini qaldıracağam”-deyə, bundan öncəki çıxışında millət vəkili xəbərdarlıq edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar