Təbriz metrosu üçün nəzərdə tutulan vaqonlar Şiraza verildi-VİDEO

21.01.2022, 14:15

Cari günəş ilində Təbriz metrosunun təkmilləşdirilməsi üçün xətlərə əlavə olunması nəzərdə tutulan 180 milyard tümən dəyərində vaqonlar Şiraz şəhərinin metrosuna göndərilib.

Gunaz.tv Quote | Gunaz article

Şiraz şəhərinin bələdiyyə başçısı Ehsan Əsnafi mediaya verdiyi açıqlamada deyib ki, qarşıdakı günəş ili üçün Şirazın nəqliyyat parkına nəzərdə tutulan 450 milyard tümən büdcə artırılaraq 850 milyard tümənə qaldırılıb.

O, bunun 250 milyard tüməninin avtobus parkının yenilənməsinə, 600 milyard tüməninin isə metro vaqonlarının yenilənməsi və gəlişdirilməsinə xərclənəcəyini deyib.

Şiraz nəqliyyatı üçün nəzərdə tutulan vəsaitin Təbriz üçün nəzərdə tutulandan dəfələrlə çox olmasına baxmayaraq, Təbrizə metrosu üçün ödənilməsi nəzərdə tutulan 180 milyard tümənində Şiraz şəhərinə verilməsi azərbaycanlı sosial media fəallarının etirazları ilə qarşılanıb.

Qeyd edək ki, Təbriz metrosunun tikintisinə 20 il bundan öncə İsfahan, Şiraz və Məşhəd şəhərlərinin metrosundan daha tez başlanılıb.

Ancaq, adı çəkilən şəhərlərin metrolarının əsas xətlərinin hamısının hazır olmasına baxmayaraq, Təbriz metrosunun tikintisi müxtəlif bəhanələrlə gecikdirilməsi Təbriz əhalisinin narazılığına səbəb olub.

Bir neçə həftə bundan öncə Təbrizin Şəhər Şurasının üzvü Ruhullah Dehqannejad 20 il müddətində Təbriz metrosunun cüzi bir hissəsinin istifadəyə verildiyini bildirib və bunun qəbuledilməz olduğunu deyib.

Təbriz metrosunun inşası ilə bağlı məsələlərə aydınlıq gətirilmədiyinə diqqət çəkən R.Dehqannejad 20 il ərzində metro tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı qaranlıq məqamların olduğunu vurğulayıb. 

C.E
 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

2022-05-10

gun az article

Prezident: "Bu gün Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür"

2022-04-30

gun az article

İrandan uyuşdurucu qaçaqmalçılarının ölkəyə daxil olmasının qarşısı alınıb

2022-04-09

gun az article

Ukraynadan Polşaya 2,5 milyondan çox qaçqın gəlib

2022-04-05

gun az article

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

2022-04-05

gun az article

CNN: Rusiya qoşunları Kiyevin ətraf ərazilərini tərk edir

2022-03-30

gun az article

"Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur" - Müdafiə Nazirliyi

2022-03-27

gun az article

Zelenski NATO-nu ittiham edib: "Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB

2022-03-24

gun az article

“Azov dənizinə çıxışı itirmişik”-Ukrayna Müdafiə Nazirliyi

2022-03-19

gun az article

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri: “Azərbaycanla əməkdaşlıq davamlı xarakter daşıyır”

2022-03-11

gun az article

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

2022-03-11

gun az article

Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub

2022-03-05

gun az article

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxarıb, Belarusu cəzalandırıb

2022-03-05

gun az article

Zelenski Kiyevi tərk etmək barədə ABŞ-ın təklifini rədd edib

2022-02-26

gun az article

Putin: “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq”

2022-02-25

gun az article

İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib

2022-02-24

gun az article

"Bloomberg": Vyanada nüvə danışıqları dalana dirənib

2022-02-17

gun az article

Ərdoğan koronavirusdan sağalıb

2022-02-11

gun az article

Türkiyədə iranlı müxalifi qaçırmaq istəyən casus şəbəkəsi ifşa edilib

2022-02-10

gun az article

Şuşada Təbriz küçəsi-“Apple” işğaldan əvvəlki küçə adlarını bərpa etdi

2022-02-09