SON XƏBƏRLƏR

İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

2022.07.04, 07:22
İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

Gunaz.tv

"Biz universitet müəllimlərinə aylıq 300 dollar əmək haqqı verdiyimiz halda, başqa ölkələr onlara 10 min dollar verməyə hazırdır. Bu üzdən universitet müəllimlərinin çoxu ölkədən çıxmağa çalışır"-deyə, Təbrizin millət vəkili bildirib.

O, bundan öncə Təbriz və Şərqi Azərbaycan əyalətində mövcud olan problemlərin həlli ilə bağlı ona səlahiyyət və imkan verilməsini istədiyini, ancaq rəsmi qurumların bununla razılaşmadığını söyləyib.

"Onlar bu təklifi mənim seçkilərdə səs qazanmaq üçün etdiyimi düşünürlər. Hansı ki, əgər mən əməli işlə məşğul olmayıb hökuməti daha çox söysəm daha çox səs qazanaram"-deyə, Pezeşkiyan siyasi maraqların faydalı iş görməyə imkan vermədiyini deyib.

"Siyasi maraqlar və qruplaşmaları qırağa qoymaq,  problemləri həll edə biləcək təcrübəli kadrları iş başına gətirmək lazımdır"-deyə, millət vəkili hökumətin yanlış kadr siyasətini tənqid edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar