SON XƏBƏRLƏR

Təbriz Universitetində etiraz aksiyası başlayıb-VİDEO

2022.10.01, 09:58
Təbriz Universitetində etiraz aksiyası başlayıb-VİDEO

Gunaz.tv

Bu gün yerli vaxtla saat 12-də Təbriz Universitetində öyrəncilərin etiraz aksiyası başlayıb.

Bir sıra şəhərlərdə universitet binaları qarşısında oturaq aksiya keçirilib.

Polis qüvvələrinin müdaxiləsindən sonra Təbrizdəki öyrəncilər yürüş-mitinqə başlayıb. Aksiyada hökumət əleyhinə şüarlar səsləndirilib.

Tələbələr xalqa müraciət edərək aksiyaya dəstək istəyiblər.
Onlar şəhər sakinlərindən öyrəncilərə qarşı repressiyaların qarşısını almaq üçün Təbriz Universiteti qarşısına getmələrini istəyiblər.

"Durub baxan biqeyrət" şüarı səsləndirən öyrəncilər onlara dəstək verməyən bir sıra universitet müəllimlərinə etiraz ediblər.

 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar