SON XƏBƏRLƏR

"Urmu gölünün duz fırtınaları faciəyə çevrilib"- Təbriz Universitetinin müəllimi

2022.04.09, 11:12
"Urmu gölünün duz fırtınaları faciəyə çevrilib"- Təbriz Universitetinin müəllimi

Gunaz.tv

Belə davam edəcəyi halda Azərbaycanın Somali və Efiopiyay çevriləcəyi barədə xəbərdarlıq edib.

“Təbriz Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdəki toz fırtınalarının və Urmu gölündəki duzlu toz fırtınalarının təsirinə məruz qalır ki, bu da bu şəhərin ekoloji problemini ikiqat artırır”-deyə, mütəxəssis bildirib.

Hal-hazırda 3 milyard kubmetr suyu olan Urmu gölünün su və sahəsinin 90% azaldığını, bunun nəticəsində baş verən duz fırtınalarının bölgəni təhdid etdiyini söyləyib.

O, gölün bərpasının sürətləndirilmədiyi, yanlış idarəetmə metodunun dəyişməsiyi təqdirdə daha faciəli durumun yaranacağınə bildirib.

Qeyd edək ki, son iki gün Ərzində Qərbi və Şərqi Azərbaycan əyalətlərində baş verən duz fırtınaları bir çox şəhərdə həyatı iflic edib, hava çirkliliyi səviyyəsinin təhlükəli həddə çatmasına səbəb olub. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar