SON XƏBƏRLƏR

Təbriz Universitetinin müəllimləri etiraz aksiyası keçirib-FOTO

2022.02.25, 03:30
Təbriz Universitetinin müəllimləri etiraz aksiyası keçirib-FOTO

Gunaz.tv

Onlar əmək haqlarının azaldılması və başqa hüquqlarının pozulmasından narazılıqlarını bildiriblər.

Aksiyada çıxış edən Universitet Müəllimləri Birliyinin başçısı Məsud Hacı Əlilu etiraz aksiyasının keçirilməsinə səbəb olan problemlər barədə danışıb.

250 müəllimin qatıldığı aksiyada danışan Əlilu son aylar Büdcə və Planlaşdırma Təşkilatının göstərişi ilə əmək haqlarının 39% azaldılmasının onsuzda çətin şərayitdə yaşayan müəllimlərin daha çox problemlərlə üzləşmələrinə səbəb olduğunu söyləyib.

“Son vaxtlar məsələ ilə bağlı dəfələrlə müraciətlərimizə, etiraz aksiyaları keçirməyimizə baxmayaraq, Büdcə və Planlaşdırma Təşkilatı istəklərimizlə razılaşmayıb və əmək haqlarının azaldılması ilə bağlı hər hansı düzəliş edilməyəcəyini bildirib.

Bu, özəlliklə gənc kadrların həyat şərayitlərinin dahada çətinləşməsinə, onların iztirab keçirmələrinə nədən olub”-deyə, Təbriz Universitetinin Müəllimlər Birliyinin başçısı bildirib.

O, çıxışının sonunda Şərqi Azərbaycan əyalətinin İran parlamentindəki nümayəndələrinə və hökumət məsullarına məsələ ilə bağlı məktub göndərdiklərini və bu günə kimi heç bir cavab ala bilmədiklərini qeyd edib.

Aksiyaya qatılan müəllimlər üzərində “əmək haqlarının azaldılması dövlətin müəlimlərə bayram payıdır”, “zatı qırıq yüksələrsə müəllimləri boynunu vurdurar” məzmunlu yazılı vərəqələr qaldırıblar.

 

62189128.jpg?ts=1645598749753

62189124.jpg?ts=1645598747200

62189126.jpg?ts=1645598748430

62189125.jpg?ts=1645598747773

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar