SON XƏBƏRLƏR

Təbriz saytı erməni deputatların işlər nazirinə məktubu barədə yazı dərc edib

2022.03.21, 07:22
Təbriz saytı erməni deputatların işlər nazirinə məktubu barədə yazı dərc edib

Gunaz.tv

Sayt bunu “qəribə məktub" adlandırıb.

“İran parlamentinin iki erməni nümayəndəsi xarixi işlər nazirinə qəribə bir məktub yazaraq Qarabağda azərbaycanlıların azan səsləndirməsini ermənilərə qarşı psixi təzyiq adlandırıblar.
Azərbaycanın müsəlman ölkəsi olmasını və Qarabağın Azərbaycan Respublikasının torpağı olduğunu nəzərə alaraq orada azan səsləndirilməsinin necə qəribə ola bilər? 

Əslində illər uzunu azərbaycanlıların erməni silahlıları trəfindən öldürülməsinə susan parlament nümayəndələrinin bu müraciəti qeyri-adi səslənir”-deyə, Təbriz saytında qeyd olunub.

Qeyd edək ki, bir neçə gün bundan öncə İran parlamentinin erməni xristian nümayəndələri rəsmi Bakını “irqçi və qeyri-insani” siyasət yürütməkdə ittiham edib və bununla bağlı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyana məktubla müraciət ediblər.

Məktubda erməni nümayəndələr Azərbaycan tərəfinin sərhəddə mikrofonla azan, müxtəlif şüarlar səslənirməsini və habelə erməniləri öz evlərini tərk etmək çağırışını onlara qarşı psixoloji təzyiq kimi qiymətləndiriblər. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar