SON XƏBƏRLƏR

Təbriz stadionunda ana dili və Urmu gölü ilə bağlı şüarlar səsləndirilib

2022.09.11, 11:25
Təbriz stadionunda ana dili və Urmu gölü ilə bağlı şüarlar səsləndirilib

Gunaz.tv

Təbrizin "Səhənd" (Yadiqari İmam) stadionuna toplaşan on minlərlə azərbaycanlı azarkeş "Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" şüarını səsləndirib.

Azarkeşlər Urmu gölünün quruması və Tehran hökumətinin bərpa işləri ilə bağlı verdiyi vədlərin yerinə yetirilmədiyini bildiriblər.

Bununla yanaşı azarkeşlər "Türk dilində mədrəsə, olmalıdır hər kəsə" şüarı səsləndirib, Azərbaycan dilinə qarşı tətbiq edilən qadağalara, təhsilin məcburi olaraq fars dilində aparılmasına və Azərbaycan dilində təhsilə icazə verilməməsinə etiraz ediblər.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar