SON XƏBƏRLƏR

Təbriz ətrafında əkin sahələri məhv edilir

2022.08.20, 08:31
Təbriz ətrafında əkin sahələri məhv edilir

Gunaz.tv

Onun sözlərinə görə, bu prosesin qarşısı alınmasa bir müddət sonra bölgədə qida təhlükəsizliyi sahəsində ciddi problemlər yaşanacaq.

Əlilu əkin və bağ sahələrinin bir çoxunun sənədləşdirilməməsi səbəbindn onların başqa məqsədlərlə istifadə edildiyini, qanunsuz tikililər aparıldığını söyləyib.

Qeyd edək ki,  prokurorun irəli sürdüyü səbəblərlə yanaşı Təbriz ətrafında olan əkin və bağ sahələrinin aradan getməsinin daha bir neçə səbəbi var.

Bir müddət bundan Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əkbər Fəthi kanalizasiya və çirki suların suvarma kanallara axıdıldığını, bunun məhsuldarlığa ciddi ziyan vurduğunu deyib.

 O, bundan öncə uzun illərdir mövcud olan əkin sahələrinin yaxınlığında sonradan qurulan sənaye təsisatlarının standartlara riayət etmədiyini və kanalizasiya sisteminin qaydasına salınmadığını bildirib.

Bundan öncə Təbrizin məşhur meyvə-tərəvəz mərkəzi sayılan Şamqazan bölgəsində çirkli suların əkin sahələrini məhv etməsi iıə bağlı məlumatlar yayılıb.

Bununla yanaşı Təbriz Dəmiryol Stansiyasından ətrafa axıdılan neft və başqa zəhərli tullantılar yeraltı və yerüstü su qaynaqlarına qarışdığına, bunun qarşısı alınmadığına görə yerli əhali və ətraf mühit fəalları dəfələrlə etiraz aksiyaları keçiriblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar