SON XƏBƏRLƏR

Təbriz universitetlərinin öyrənciləri Abbas Lisani ilə görüşüb

2022.08.04, 07:20
Təbriz universitetlərinin öyrənciləri Abbas Lisani ilə görüşüb

Gunaz.tv

Hazırkı dövrdə virtual məkanın və sosial medianın əhəmiyyətindən danışan Abbas Lisani Tehran hökumətinin bu sahədə təxribatçı hərəkətlərinə və Azərbaycan milli məsələsini gözdən salmaq cəhdlərinə aydınlıq gətirib.

"Şübhəsiz ki, virtual məkanın faydaları heç kimə gizli deyil və ondan bütün xalqlar və hökumətlər faydalanıb.
Virtual məkanın ən böyük faydası və üstünlüyü ondan ibarətdir ki, istər kapital, istər hərbi, istərsə də hökumət gücü baxımından xəbər və medianı hökmdarların monopoliyasından çıxarır.

Virtual məkan o dərəcədə inkişaf edib ki, geniş ictimaiyyət azad məlumat əldə edə bilsin və bu məsələ iqtidarda olanların və medianı inhisara alanların narahatlığına səbəb olub. Buna görə də informasiyanın süzgəcdən keçirilərək sərbəst dövriyyəsinin qarşısını almağa başladılar.

Bu və başqa üsullardan istifadə etdikdən sonra cəhalət mənbələrinin bu texnologiyaya qarşı müqavimət göstərə bilməyəcəyini anladılar"-deyə, Abbas Lisani bildirib.

Abbas Lisani deyib ki, totalitar hökmdarlar və güclər kiber ordu yaradaraq insanlar arasında fikir mübadiləsinə kömək edən və insanların siyasət, cəmiyyət, texnologiya və elm sahələrində inkişafına səbəb olan bu məkana qarşı öz qüvvələrini yaradıb, insanlarda çaşqınlıq yaratmağa çalışırlar.

"Bir tərəfdən millətin qayğısına qalan ideyalı insanları təhdid edilir, başqa bir tərəfdən isə satılmış fürsətçi adamlara şərait yaradıb, əxlaq problemləri olan şəxsləri fəallaşdıraraq Azərbaycan milli hərəkətini çirkləndirməyə çalışırlar.

Uzun illər boyu milli fəalları təhdid və mühakimə edib, təzyiqlərə məruz qoyub və virtual məkana sövq etdilər. Sonra isə bu virtual məkanı çirkləndirməyə çalışıb, məsələninin ciddiliyini zədələyib və Azərbaycan milli hərəkətini qeyri-ciddi göstərmək, gözdən salmaq istəyirlər"-deyə, siyasi məhbus bildirib.
  
Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar