SON XƏBƏRLƏR

Təbriz yaxınlığından tapılmış eradan əvvəl IV minilliyə aid sümük gözlük Tehranda saxlanılır

2022.03.03, 09:38
Təbriz yaxınlığından tapılmış eradan əvvəl IV minilliyə aid sümük gözlük Tehranda saxlanılır

Gunaz.tv

1962-ci ildə tanınmış arxeoloq doktor Ələkbər Sərəfrazın tapdığı tarixi əsər Güney Azərbaycandan aparılmış minlərlə əsərlər kimi hal-hazırda Tehran şəhərində İran Milli Muzeyində saxlanılır.

Qeyd edək ki, Yanıqəpə Təbrizdən 30 km cənub-qərbdə Təzkənd yaxınlığında və Xosrovşəhrdən 3 km məsafədə yerləşir. 

Təpədə İran və Britaniya arxeoloqlarının birgə elmi qazıntıları 1960-1962-ci illərdə Mançester Universiteti tərəfindən professor Çarlz Berninin sədrliyi ilə aparılıb.

Qeyd edək ki, adı çəkilən bölgə Güney Azərbaycanın çox saylı tarixi yerlərindən biridir və burada onlarla kurqan, tarixi qəbristanlıqlar mövcuddur.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar