SON XƏBƏRLƏR

Mehdi Yusifi Təbrizin yeni bələdiyyə başçısı seçilib

2022.02.19, 17:23
Mehdi Yusifi Təbrizin yeni bələdiyyə başçısı seçilib

Gunaz.tv

Bələdiyyə başqanlığına namizədliyi irəli sürülən 7 nəfər arasında Şəhər Şurası üzvlərinin 8 səsi ilə Mehdi Yusifi keçmiş bələdiyyə başçısı Abbas Rəncbərin vəzifələrini icra edəcək.

Şəhər Şurasının üzvlərinin səs çoxluğu ilə işdən çıxarılan Abbas Rəncbər mediaya verdiyi açıqlamada şura üzvlərinə qarşə ittihamlar irəli sürüb və onları öz namizədlərini bələdiyyədə vəzifələrə yerləşdirməyə çalışmaqda gübahlandırıb.

O, bildirib ki, Şəhər Şurasının münasibətlər əsasında irəli sürdüyü şəxslərin vəzifələrə təyin olunacağı təqdirdə onun impiçment məsələsi irəli sürülməyəcək, vəzifəsindən uzaqlaşdırılmayacaqdı.

Qeyd edək ki, 30 avqust 2021-ci ildə Təbriz bələdiyyə başqanlığına təyin olunan Abbas Rəncbər 19 fevral 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.

Təbriz Şəhər Şutasının impiçment təklifindən sonra keçirilən toplantıda bələdiyyə başçısının müdafiə çıxışı Şəhər Şurasının üzvləri tərəfindən qəbul edilmədiyi üçün onun vəzifədə qalıb-qalmaması ilıə bağlı səsvermə keçirilib.

Səsvermə nəticəsində 9 əleyhinə və 4 leyhinə olmaqla bir neçə ay bundan öncə vəzifəyə təyin olunan bələdiyyə başçısı Abbas Rəncbər vəzifəsindən uzaqlaşdırılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar