SON XƏBƏRLƏR

Təbriz zindanında saxlanılan mərəndli məhbusun durumu ağırdır

2022.03.29, 10:03
Təbriz zindanında saxlanılan mərəndli məhbusun durumu ağırdır

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb..

Məlumatda məhbusun ağır fiziki durumda olduğu, müxtəlif xəstəliklərə yoluxmasına baxmayaraq barəsində qəti qərar verilmədiyi qeyd olunub.

İnsan haqları təşkilatları bundan öncə əsgərlik dövründə həbs olunan Əkbər Hüseyninin məhkəmənin istədiyi nağd girovu ödəyə bilmədiyi üçün uzun müddətdir həbsdə qaldığını bildirir.

Əkbər Hüseyni 4 yanvar 2021-ci ildə 2019-cu ildə İranda baş verən noyavr etirazları zamanı övladları öldürülən və həbs olunan anaların etiraz kampaniyasına dəstək verdiyi üçün həbs olunub.

O, Şərqi Azərbaycan əyalətinin Hərbi Məhkəməsinin 1-ci bölməsi tərəfindən “ölkəyə qarşı müxalif qruplara üzv olmaq” ittihamına görə 9 ay, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 4 ay həbs cəzasına məhkum olunub.

Məhkəmə 19 aprel 2021-ci ildə Əkbər Hüseyninin girov qarşılığında şərti azadlığa buraxılması barədə qərar verməsinə baxmayaraq, bu günə kimi o qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır.

Qeyd edək ki, mərəndli məhbusa zindanın hərbi bölməsində ağır işgəncələr verildiyi üçün onun sağlıq durumunun ağır olduğu bildirilir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar