SON XƏBƏRLƏR

Təbrizdə َyeniyetmə Atilla Ərfəi həbs edilib

2022.09.30, 06:50
Təbrizdə َyeniyetmə Atilla Ərfəi həbs edilib

Gunaz.tv

Təbriz Mirək Konservatoriyasının öyrəncisi Atilla Ərfəi Təbrizdə keçirilən etiraz aksiyaları zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

17 yaşlı Atilla artıq 9-cu gündür ki, Basmınc uşaq zindanında saxlanılır. Onun astma xəstəliyindən əziyyət çəkdiyi bildirilir. 

Sosial şəbəkə istifadəçiləri İran hökumətinin bu cinayətinə etiraz edərək yazıblar: “Atilla Ərfəi məktəbdə olmalıdır, uşaq həbsxanasında deyil!".

Qeyd edək ki, Uşaq Hüquqları Konvensiyasının müddəalarına görə, 18 yaşına çatmamış şəxslər uşaq sayılır.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar